Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6942

Digər sorğular

Avropa Parlamenti qondarma “erməni soyqırımı “ ilə bağlı qətnamə qəbul edib - ƏDALƏTSİZLİK

04:58  |    16 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Qaziler.az APA-ya istinadən xəbər verir ki, bu gün Avropa Parlamentinin (AP) Brüsseldə keçirilən plenar iclasında qondarma “erməni soyqırımı”nın 100 illiyinin Ümümavropa anımına dair Qətnamə layihəsi müzakirə edilib.

APA-nın Avropa bürosunun xəbərinə görə, AP-nin Avropa Liberal Demokratlar Alyansı adından bir neçə parlamentarın (Jan-Mari Kavada, Maryel de Sarnez, Xuan Karlos, Girauta Vidal, İvan Jakovçiç, Xavyer Nart, Frederik Reis, Pavel Teliçka) qondarma “erməni soyqırımının” 100 illiyinin Ümümavropa anımına dair irəli sürdükləri qətnamə layihəsinin müzakirələri ətrafında çıxış edən Avropa parlamentarlarının demək olar hamısı belə bir “soyqırımın baş verdiyini” söyləyiblər. Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirib, soyqırımı tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa səsləyiblər.

Fransalı avroparlamentar Jan-Mari Kavada isə daha irəli gedərək, Türkiyənin prezidentini “100 il öncə qətlə yetirilmiş ermənilərin ruhu qarşısında baş əyməyə” çağırıb. Çıxış edən bir çox avropalı deputatlar üçün əsas istinad nöqtəsi isə Roma Papasının da “erməni soyqırımı” ifadəsini işlətməsi olub.

Ümumiyyətlə, bu gün keçirilmiş iclasda zalda oturanların əksəriyyəti ermənilərin müdafiəçisi kimi çıxış ediblər. Onlardan heç biri Türkiyənin mövqeyini dəstəkləməyib, ermənilərin törətdikləri soyqırımlarla bağlı bir cümlə də səsləndirməyib.
Avropa Komissiyası adından çıxış edən qurumun vitse-prezidenti Kristina Georgiyeva isə öz çıxışında “soyqırım” kəlməsini işlətmədiyi üçün bir neçə deputatın qəzəbinə tuş gəlib. Xanım Georgiyeva bu haqda suala cavab verərkən, “soyqırım” məsələsinin çox həssas olduğunu deyərək, AB-nə üzv ölkələri arasında bununla bağlı birmənalı mövqeyin olmadığını qeyd edib.

Qətnamə layihəsi səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, qəbul olunmuş qətnamə layihəsində Avropadakı vətəndaş cəmiyyətlərini, parlamentarlar, assosiyasiyalar, mətbuat nümayəndələri, eləcə də Avropa Komissiyası, Avropa Birliyi Şurası və AP Ümümavropa anım mərasimini qeyd etməyə səslənilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.07.2020
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
04.07.2020
Ekspert Rusiyanın Ermənistanı silahlandırmasının məqsədini açıqladı
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama
30.06.2020
Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb