Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6569

Digər sorğular

“Azərişıq” məcburi köçkünlərlə insidentin yaranması barədə məlumata münasibət bildirib

23:47  |    01 Fevral 2017  |   E-mail  |  Çapa göndər


“Azərişıq” ASC Pirşağı qəsəbəsində yerləşən "Qızılqum" sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə qurumun əməkdaşları arasında davanın yaranması barədə məlumatlarla bağlı açıqlama yayıb.

Qaziler.az bildirir ki, “APA-Economics”in məlumatına görə, açıqlamada Pirşağı qəsəbəsində yerləşən "Qızılqum" sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə "Azərişıq" ASC-nin işçiləri arasında heç bir davanın olmadığı qeyd olunub.

“Yüzə yaxın əməkdaşımızın "Qızılqum" və "Gilavar" sanatoriyalarında olmaları haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. Bəzi saytlarda bu cür böhtan xarakterli məlumatların yoxlanılmadan yayılması təəssüf hissi doğurur və bütünlükdə ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq halları ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılaraq, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair Cəmiyyətin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilir”, - deyə məlumatda vurğulanıb.

Açıqlamada qeyd olunub ki, prezident İlham Əliyevin 23.01.2017-ci il tarixli fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə “Azərişıq” ASC-də Mərkəzi Qərargah yaradılıb.

Məlumatda bildirilib ki, məcburi köçkün evlərinin sayğaclaşdırılması prosesi davam etdirilir: “Bakının Yasamal, Suraxanı, Xətai, Nəsimi, Sabunçu, Nizami, Binəqədi və Nərimanov rayonlarında, Aran və Şimal Regionlarının xidməti ərazilərində olan yataqxanalarda yaşayan məcburi köçkün evlərinin sayğaclaşdırılması prosesi davam etdirilir. Son bir neçə gündə artıq 5700 məcburi köçkün evlərinə sayğac quraşdırılıb. Qeyd olunan işlərin vaxtında başa çatdırılması məqsədi ilə tələb olunan sayda sayğacların və zəruri mal-materialların ehtiyatı yaradılmış, onların vaxtında ərazilərə çatdırılması üçün lazımi nəqliyyat vasitələri ayrılıb. Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması mütəmadi olaraq KİV-lərdə məlumatlandırılır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı RƏSMİ
18.11.2019
Xəzərdə neftçi batıb
18.11.2019
Gəncədə arvadını öldürərək qaçan şəxs Bakıda tutulub
16.11.2019
Gəncədə 25 yaşlı oğul atasını qətlə yetirdi
16.11.2019
Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb - TƏFƏRRÜAT