Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6943

Digər sorğular

Təcridxanaya tortun içində telefon keçirmək istədilər - FOTO

01:13  |    31 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 120.2.2; 120.2.2 və 221.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Ağayev Arif Abdulla oğluna Bakı şəhəri Xəzər rayonu Binə qəsəbə sakini Əliyev Nizami Kəriməli oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan tortun altında sellofana bükülərək xüsusi üsulla gizlədilmiş, daxilində “Sim” danışıq kartı olan bir ədəd “Samsung A5” və daxilində “Sim”danışıq kartı olan bir ədəd “Samsung A3” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.07.2020
Sərt karantin günlərində çimərlikdə ad günü şənliyi şöbədə bitdi - FOTO - VİDEO
05.07.2020
Karantin zamanı neft mədəninin ərazisini zəbt etmək istədilər - Mühafizəçilərə xəsarət yetirdilər
05.07.2020
Naftalanda baş verən dəhşətli qətllə bağlı RƏSMİ MƏLUMAT
05.07.2020
Naftalanda ana və qızını bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
05.07.2020
Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB