Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6481

Digər sorğular

Azərbaycanda yeni kimya zavodu tikiləcək

20:21  |    15 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Sumqayıt Kimya Sənaye Parkında polipropilen istehsalı üzrə zavodun tikintisi avqustun sonu - sentyabrın əvvəlində başlayacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə "SOCAR Polymer" layihəsinin rəhbəri Emil Eminov deyib.

Onun sözlərinə görə, bu gün Bakıda İtaliyanın "Maire Tecnimont" şirkəti ilə imzalanmış müqavilə işlərin yerinə yetirilməsinin dəqiq müddətini nəzərdə tutur: "Dəyəri 350 milyon avro olan müqavilə çərçivəsində layihənin istismara verilməsinədək tam texniki xidmətlərin təqdim edilməsi, maddi-texniki təminat, montaj işləri və tikinti fəaliyyəti, eləcə də istismar sınaqları nəzərdə tutulur".

E.Eminov qeyd edib ki, plana əsasən, zavod 2017-ci ilin sonunda istismara veriləcək: "Yaxın vaxtlarda tenderdə iştirak etmək üçün şirkətlərə dəvətlər göndəriləcək. Layihənin ümumi dəyəri təqribən 700 milyon avrodur. Layihə üzrə xərclərin 40 faizi yerli təsisçilər [SOCAR, Gilan Holdinq və PAŞA Holdinq], qalan hissəsi isə 420 milyon avro həcmində daxili kredit hesabına maliyyələşdiriləcək. Layihənin reallaşdırılması ildə 180 min ton polipropilen və 130 min ton polietilen istehsal etməyə imkan verəcək. Məhsulun böyük hissəsini Türkiyə və Qərbi Avropa ölkələrinə göndərmək planlaşdırılır".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək DƏYİŞİKLİK GÖZLƏNİLİR
20.09.2019
Nikolun müharibə planı: Bakı ücün tələ… - Rus ekspert açıqladı
19.09.2019
Bakıda qatı bolşevikin daha bir büstü söküldü – Foto
19.09.2019
Bakıda gəlin qayınanasını öldürüb - YENİLƏNİB
18.09.2019
Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verilib