Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

Sovetskidəki yanğın söndürüldü: ölən və xəsarət alanlar var - FOTO/VİDEO - YENİLƏNİB

22:30  |    27 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Bakının "Sovetski" adlanan ərazisində, Murtuza Muxtarov və Həzi Aslanov küçələrinin kəsişməsindəki yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Trend-in məlumatına görə, ətraf yollar bağlanıb.

İlkin məlumata əsasən Bakı şəhəri, yanğın üçmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələr arasındakı döşəmədə baş verib.

Yanğının söndürülməsi zamanı binadan 3 nəfər xilas olunub.

xxx

Bakının "Sovetski" adlanan ərazisindəki yaşayış binasında güclü yanğın baş verib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib, daha bir bina sakini isə əlindən xəsarət alıb.

Yanğının söndürülməsi işləri davam etdirilir.

X X X

Paytaxtın "Sovetski" adlanan ərazisində güclü yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Trend-ə verdiyi məlumata görə, hadisə Şahmat məktəbinin yaxınlığında qeydə alınıb.

3 mərtəbəli yaşayış binasında başlayan yanğının miqyası hazırda böyüyüb. Hadisə yerinə 10 yanğınsöndürən maşını və çox sayda canlı qüvvə cəlb olunub.

Məlumata görə, yanğının güclənməsində səbəb həmin binanın taxta konstruksiyadan ibarət olmasıdır.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı RƏSMİ
18.11.2019
Xəzərdə neftçi batıb
18.11.2019
Gəncədə arvadını öldürərək qaçan şəxs Bakıda tutulub
16.11.2019
Gəncədə 25 yaşlı oğul atasını qətlə yetirdi
16.11.2019
Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb - TƏFƏRRÜAT