Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6478

Digər sorğular

Dünya Bankının proqnozu

19:14  |    15 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Dünyada əməkçi miqrantların pulköçürmələrinin artımı zəifləyəcək.

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumatına görə, 2015-ci ildə dünyada əməkçi miqrantların vətənlərinə göndərdikləri pulköçürmələrinin artım həcmi xeyli zəifləyəcək. Dünya Bankının proqnozuna görə, bu il artım tempi 2008-2009-cu illərdən bəri minimal səviyyədə olmaqla 1 faiz təşkil edəcək.

Bildirilir ki, 2015-ci ildə miqrantların inkişaf etməkdə olan ölkələrə rəsmi pulköçürmələri 0,9 faiz yüksələrək 440 milyard dollar olacaq. İnkişaf etmiş ölkələr daxil olmaqla göndərilən pul vəsaitlərinin ümumi həcmi 0,4 faiz - 586 milyard dollaradək artacaq. Analitiklərin fikrincə, buna səbəb Avropada zəif iqtisadi artım olacaq.

Dünyada 200 dollar məbləğində köçürmələr üçün faiz dərəcəsi 8 faiz olaraq qalır. Köçürmələr üçün mobil əlavələr bu səviyyəni aşağı sala bilər. Dünya Bankının məlumatına görə, lakin indiyədək vəsaitlərin yalnız 2 faizi mobil servislər vasitəsilə göndərilir.

Proqnozlara görə, artıq 2016-cı ildə dünyada pulköçürmələrinin artım tempi 4,1 faizədək, köçürmələrin həcmi 610 milyard dollaradək, 2017-ci ildə bu göstərici 636 milyard dollaradək artacaq.

Bu il əməkçi miqrantlar tərəfindən pulköçürmələrinin göndəriləcəyi əsas ölkələr ABŞ, Səudiyyə Ərəbistanı, Almaniya, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri olaraq qalacaq. Öz növbəsində köçürmələri alan ənənəvi ölkələr Hindistan, Çin, Filippin, Meksika və Nigeriyadır. Dünya Bankı analitiklərinin proqnozuna görə, cari ildə dünyada əməkçi miqrantların sayı 250 milyon nəfəri ötəcək, - "Payspacemagazine” yazır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Ərdoğan İmamoğlunun işdən çıxardığı şəxsə vəzifə verib
20.09.2019
Rusiya “İsgəndər”lərini sınaqdan keçirdi
20.09.2019
Serqey Lavrov: “ABŞ kosmosa silah yerləşdirir”
20.09.2019
Ərdoğan kürdləri Trampdan ala biləcəkmi?
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi