Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

“Bulud” sistemi gəlir

18:54  |    15 Aprel 2015  |   E-mail  |  Çapa göndər

“IDC”: “Dünyanın istehsal şirkətlərindən yarısından çoxu “bulud” sistemlərindən istifadə edir”

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, “IDC” analitik şirkətinin keçirdiyi sorğuya görə, dünyanın əksər istehsal şirkətləri artıq ümumi (66 faiz) və ya özəl (68 faiz) “bulud” sistemlərindən minimum iki əlavədə istifadə edir.

Analitiklər qeyd edirlər ki, “bulud” texnologiyaları çeviklik və biznesin İT resursları ilə təmininin ucuz başa gəlməsi kimi bir sıra üstünlüklərə malikdir. Lakin eyni zamanda tez-tez “bulud” və ənənəvi sistemlərin paralel qurulması (cloud also) strategiyasından istifadə olunur. Rəyi soruşulanların 61,6 faizi ondan yeni İT xidmətlərinin həyata keçirilməsində, 56,8 faizi mövcud olanların əvəz olunmasında istifadə etdiyini bildirib.

Respondentlərin yalnız 30-35 faizi hesab edir ki, “bulud” texnologiyalarının tətbiqi ilk növbədə şirkətlərin biznes bölmələri (logistika və təchizat, satışlar, işləmələr və ya əməliyyat fəaliyyəti) üçün faydalıdır. Sorğu iştirakçılarının əksəriyyəti üstünlüyün əsasən İT xidmətləri üçün olduğunu qeyd edib.

Analitiklərin fikrincə, yaxın on ildə genişmiqyaslı fəaliyyət göstərmək istəyən istehsalçılar üçün “bulud” texnologiyaları yeni sistemlərin həyata keçirilməsi üçün standart rolunu oynayacaq. Qısamüddətli perspektivdə istehsalçılar özəl “bulud” sistemləri vasitəsilə mövcud infrastrukturu genişləndirə biləcəklər ki, bu da məlumatların təhlükəsizliyi üçün ciddi təhlükə yaratmayacaq, eyni zamanda çevikliyi artıracaq və vəsaitə qənaət edəcək, - "Computerworld” yazır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb