Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Ukraynanın sosial siyasət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək

21:00  |    25 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Ukraynanın sosial siyasət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində elektron texnologiyaların geniş tətbiqi şəraitində aparılan sistem xarakterli islahatlar nəticəsində əldə olunmuş uğurlu təcrübəyə digər ölkələrin aidiyyəti qurumlarının marağı artmaqdadır. Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri üzrə təcrübəsini öyrənməyə, aparılan islahatlarla bağlı təcrübə mübadiləsinə maraq göstərən ölkələrdən biri də Ukraynadır. Bu məqsədlə Ukraynanın sosial siyasət naziri Andrey Revanın rəhbərlik etdiyi nümayəndə heyətinin cari ilin 26-28 yanvar tarixlərində Bakıya səfəri planlaşdırılır.

Nümayəndə heyəti üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi və avtomatlaşdırılmış pensiya təminatı sistemi ilə bağlı təqdimatlar edilməsi nəzərdə tutulur. Habelə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi, əmək bazarının və əmək miqrasiyası proseslərinin tənzimlənməsi, məşğulluq və peşə hazırlığı, əməyin mühafizəsi, əlilliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası və s. məsələlərlə əlaqədar fikir mübadilələri aparılacaq.
Səfər çərçivəsində iki nazirlik arasında əməkdaşlıqla bağlı yeni sənədin imzalanması da gözlənilir.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib
21.09.2019
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - Foto
21.09.2019
Bazar gününün hava proqnozu açıqlanıb
21.09.2019
Elçin Şıxlı İTV-də işə başladı
21.09.2019
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub