Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

“Sabahın əsgəri” yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır

20:51  |    25 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi və Xidmətin yaradılmasının 5-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin X - XI sinif şagirdləri arasında keçirdiyi “Sabahın əsgəri” adlı yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi üçün Xidmətin Aparatında tədbir təşkil olunmuşdur. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, müsabiqənin qalibləri və qonaqlar iştirak etmişlər. Bu barədə QAZİLER.AZ-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açaraq müsabiqə haqqında məlumat vermişdir. General-mayor Z.Abdullayev 2016-cı ilin dekabr ayının 1-dən 2017-ci ilin yanvar ayının 18-dək davam edən müsabiqəyə təqdim edilmiş yazıların münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblərin müəyyənləşdirildiyini qeyd etmişdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik-leytenant Yusif Mirzəyev müsabiqənin qaydaları və qiymətləndirmə meyarları haqqında məlumat vermişdir.

Tədbirin sonunda “Sabahın əsgəri” adlı yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilmişdir.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib
21.09.2019
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - Foto
21.09.2019
Bazar gününün hava proqnozu açıqlanıb
21.09.2019
Elçin Şıxlı İTV-də işə başladı
21.09.2019
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub