Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6523

Digər sorğular

350 minə qədər məcburi köçkün mənzil növbəsindədir- Komitə sədri

19:33  |    25 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Hazırda 350 minə qədər məcburi köçkün mənzil şəraitinin yaxşılaşdırılmasını gözləyirlər.

Lent.az-ın məlumatına görə, bunu Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Günün nəbzi” verilişinə müsahibəsində deyib.

Bakıda 115 qəzalı bina olduğunu deyən Ə.Həsənov bildirib ki, həmin binaların 55-i haqqında Fövqəladə Hallar Nazirliyi ( FHN) texniki rəy verib ki, bu binalar qəzalıdır və hər an uçma təhlükəsi ola bilər.

“Bu yaxınlarda dövlət başçısının verdiyi qərara əsasən, artıq həmin binaların bir neçə aydan sonra köçürülməsinə və qənaət yolu ilə yeni binaların tikintisinə başlanacaq. Binaları tikmək üçün artıq yerlər seçmişik. Müşfiqabad, Masazır, Ramanada yerləşən qəsəbədə, bundan başqa. Qaradağda Ümid qəsəbəsində bu tikinti işlərinə başlanacaq”, -deyə Ə.Həsənov əlavə edib.

Komitə sədri bildirib ki, hazırda 200 min məcburi köçkün daimi işlə, 100 mini mövsümi işlə təmin edilib. 80 min məcburi köçkün işsizdir ki, onların da işlə təmin edilməsi istiqamətində işlər görülür.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.10.2019
“26”lar kafesinin sahibinin oğlu niyə bıçaqlanıb?
20.10.2019
Sabahın hava proqnozu açıqlanıb
19.10.2019
Mətbuat Şurası jurnalistlərə və hüquq-mühafizə orqanlarına müraciət edib
19.10.2019
BŞBPİ: Qanunsuz aksiyada 60 nəfər saxlanılıb, onlardan 42-si xəbərdarlıq edilərək buraxılıb
19.10.2019
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub - YENİLƏNİB