Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6477

Digər sorğular

“İran və Azərbaycan arasındakı əlaqələr önəm daşıyır“ - İlham Əliyev

19:09  |    25 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələr bütün sahələrdə çox yaxşı inkişaf edir və bu əlaqələr ölkələr, xalqlar və eləcə də bölgə üçün böyük önəm daşıyır”.

QAZİLER.AZ-ın AzərTac-a istinadən məlumatına görə, bunu prezident İlham Əliyev İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

İlham Əliyev bildirib ki, son illər ərzində ikitərəfli əməkdaşlığın inkişafı məmnunluq doğurur

Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev İranın Qərbi Azərbaycan vilayətinin valisinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin və keçirəcəyi görüşlərin ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini əminliklə qeyd edib.

Ölkələr arasında ikitərəfli əlaqələrin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabaği İranın Qərbi Azərbaycan vilayəti ilə Azərbaycan arasında kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib və bu məqsədlə Azərbaycanın müvafiq qurumları ilə görüşlər keçirəcəyini vurğulayıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Mindən çox abonent qazsız qalacaq
20.09.2019
Sabah Azərbaycanda temperatur aşağı düşəcək - HAVA PROQNOZU
20.09.2019
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən mərasimdə iştirak edib
20.09.2019
Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas