Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Bakıda Xəzərin hüquqi statusuna dair İşçi qrupunun iclası keçirilir

16:20  |    25 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Bakıda Xəzərin hüquqi statusu ilə bağlı İşçi qrupunun 48-ci iclası başlayıb.

Virtualaz.org-un məlumatına görə, iclasda İşçi qrupunun Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistandan olan üzvləri iştirak edirlər.


İclas İşçi qrupunun Azərbaycandan olan rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfovun sədrliyi ilə keçirilir.

X.Xələfov qeyd edib ki, danışıqlar prosesi çərçivəsində Konvensiya layihəsi müddəalarının razılaşdırılması, eləcə də Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığı üzrə mühüm işlər görülüb: "Bununla yanaşı, 2002-ci ildən etibarən xarici işlər nazirlərinin müşavirələri ilə müşayiət olunmuş Xəzəryanı ölkələrin dövlət başçılarının dörd zirvə toplantısı Aşqabad, Tehran, Bakı və Həştərxanda baş tutub. Bakı və Həştərxan zirvə toplantılarında ölkə rəhbərləri sahilyanı dövlətlərin suverenliyi altında olan su məkanlarına daxil olan milli zonanın eni, həmçinin dövlətlərin Xəzərdəki əməkdaşlığının prinsipləri üzrə əhəmiyyətli razılaşmalar əldə edib. Dövlət başçıları və xarici işlər nazirləri səviyyəsindəki görüşlər səylərin birləşdirilməsi, mövqelərin daha da yaxınlaşması və mühüm nəticələrin əldə olunması üçün əlverişli imkan yaradıb".

Nazir müavininin sözlərinə görə, Konvensiya layihəsinin bütövlüklə razılaşdırılması növbəti zirvə toplantısında hüquqi statusun qəbul edilməsinə imkan yaradacaq ki, bu da Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi mexanizmi təşkil edəcək.

O əlavə edib ki, Azərbaycan Xəzərin orta və cənub hissələrində dəniz dibinin bölünməsi məsələlərinin tezliklə həll edilməsində maraqlıdır və Xəzər dənizinin dibinin bölünməsi üzrə Azərbaycan, Qazaxıstan və Rusiya arasındakı sazişlərə xüsusi önəm verir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib
21.09.2019
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - Foto
21.09.2019
Bazar gününün hava proqnozu açıqlanıb
21.09.2019
Elçin Şıxlı İTV-də işə başladı
21.09.2019
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub