Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

ABŞ ermənilərə “od qoydu“

17:31  |    15 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Dövlət Departamenti "erməni soyqırımı"nı inkar etdi.

Xəbərçi ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin əməkdaşı Mari Xarf erməniləri məyus edən, qondarma erməni soyqırımını inkar edən açıqlama verib.

Qaziler.az ANS PRESS-ə istinadən bildirir ki, onun keçirdiyi növbəti brifinqdə jurnalistlər "erməni soyqırımı" və Fransısk I Roma Papasının liturqiyası ilə bağlı Dövlət Departamentinin mövqeyini öyrənməyə çalışıblar.

M.Xarf cavabında ABŞ-ın qondarma soyqırımla bağlı rəsmi mövqeyini bir daha təkrarlayıb: "Soyqırımın 100 illiyi ilə əlaqədar ABŞ-da hər hansı tədbirlər nəzərdə tutulmur. Bəli, prezident və onun administrasiyasının yüksək vəzifəli məmurları bir neçə dəfə bunu tarixi hadisə kimi qiymətləndirib və kədərlərini ifadə ediblər. Tarixin araşdırılması, bu faktların dürüst və səmimi şəkildə aydınlaşdırılması bizim - Türkiyənin, Ermənistanın və Amerikanın - ümumi maraqlarımıza əsaslanır."

Dövlət Departamentinin nümayəndəsi ötən bazar günü Roma Papası Fransıskin "Osmanlı türkləri tərəfindən ermənilərə qarşı yüz il əvvəl törədilənlər 20-ci əsrin birinci soyqırımıdır" fikrinə belə şərh verib: "Keçmişin ağrılı epizodları çox olub. Gələcəyə baxmaq lazımdır. Bu, Ağ Evin əsas prinsipidir. Keçmişin ağrılı epizodlarını dərk edərək bundan nəticə çıxaran dövlətlər daha güclü olur, inkişafa çatır."
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb