Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

AŞPA həmməruzəçiləri Azərbaycana səfərləri barədə hesabat veriblər

20:00  |    24 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası olub.

APA-nın Avropa bürosunun məlumatına görə, iclasda AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda bu ayın əvvəlində Azərbaycana etdikləri səfər və onun nəticələri haqqında komitə üzvlərinə şifahi məlumat veriblər.

Komitənin işində iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həmməruzəçilərin yenidən Azərbaycana səfər edəcəklərini və növbəti hesabatın hazırlanacağını bildirib.

“Monitorinq Komitəsinin bugünkü iclasında həmməruzəçilərin Azərbaycanla bağlı çıxışları dinlənildi, Azərbaycanda gedən prosesləri komitə üzvləri ilə birlikdə müzakirə etdik. Müzakirələr çox konstruktiv şəkildə təşkil olunmuşdu. Azərbaycanla Avropa Şurası arasında dialoqun əhəmiyyəti, QHT və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə danışıqların aparılması, Azərbaycanda insan haqları ilə bağlı məsələlərin Avropa Şurası nümayəndələri ilə birgə təhlili və s. kimi məsələlər müzakirə olundu. Sonda qərara alındı ki, həmməruzəçilər yenidən Azərbaycana səfər edib, hesabat hazırlasınlar”, - deyə S. Seyidov qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib
21.09.2019
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - Foto
21.09.2019
Bazar gününün hava proqnozu açıqlanıb
21.09.2019
Elçin Şıxlı İTV-də işə başladı
21.09.2019
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub