Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

“Yeni qərar məcburi köçkünlərin işini asanlaşdırır“ - Vüqar Bayramov

19:23  |    24 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər haqqında dünən verdiyi fərmanla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

İqtisadçı ekspert Vüqar Bayramov Lent.az-a açıqlamasında bildirib ki, bu fərman kommunal xidmətlər üzrə müvafiq dövlət qurumlarının fəaliyyətini sağlamlaşdıracaq.

V.Bayramov bildirib ki, bundan sonra məcburi köçkünlər üçün nəzərdə tutulmuş kommunal ödənişlər nağd pul formasında təqdim ediləcək : “Kommunal xidmətlər üzrə differensial qiymətlər çərçivəsində hesablamalara uyğun olaraq limit vəsaiti nağdlaşdırılıb məcburi köçkünlərin plastik kartlarına ödəniləcək. Fərmanın müsbət tərəfi odur ki, məcburi köçkünlər üçün vahid ödəniş sistemi formalaşacaq. Məcburi köçkünlərin bir plastik kart vasitəsi ilə həm yemək həm də kommunal xidmətlər üçün pulu nağd şəkildə almaq imkanı olacaq. Və məbləğ adambaşına 36 manat nəzərdə tutulduğuna görə, dövlət büdcəsindən hər ay 4 nəfərlik məcburi köçkün ailəsinə 144 AZN vəsait ödəniləcək. Bildiyimizə görə, məcburi köçkünlər bu ayın yemək xərcini yeni qaydalara əsasən alacaqlar”.

Fərmanla kommunal xidmətlər üzrə məcburi köçkünlər üçün nəzərdə tutulan limitlərin ləğvinə də toxunan V.Bayramov deyib ki, aparılan monitorinqlər göstərirdi ki, ödənişlər zamanı elektrik enerjisi üzrə daha çox qalıq qalırdı: “Xüsusən də kombi sistemindən istifadə edən ailələrdə daha artıq ödənişlər olurdu. Əvvəl məcburi köçkünlər kommunal xidmətlər üzrə limitlər daxilində güzəştlərdən istifadə edirdi. Məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılmışdı.

Bundan başqa, köçkünlərə adambaşına qış aylarında təbii qazdan istifadəyə 45 kub, mart, aprel, may və oktyabr üçün 35 kub, yerdə qalan 4 ay üçün isə orta sərfiyyat 25 kub limit ayrılırdı. Adambaşına su istehlakı üçün isə aylıq 5 kub güzəşt limiti müəyyənləşdirilmişdi. Yeni qaydalardan sonra həmin limitlər mövcud qiymətlərə uyğun olaraq, nağd şəkildə yemək xərci ilə birlikdə məcburi köçkünlərin hesabına köçürüləcək və onlar limitlərdə qalan qalıqları nağd şəkildə istifadə edə biləcəklər. Əgər hansısa kommunal xidmət üzrə qalıq qalırsa, bunun nağd formada verilməsi məcburi köçkünlərin həmin puldan istifadə etməsinə şərait yaratmış olur. Bundan başqa, vahid elektron sistemi olduğuna görə, əvvəl kommunal xidmət güzəştlərindən istifadə etmək üçün məcburi köçkünlər hər ilin əvvəli statuslarını təsdiq edən arayış, yaşayış yerindən arayış alıb müvafiq qurumlara təqdim etməli idilər. Bu da uzun bir proses idi. Yeni elektron sistem tətbiq olunandan sonra bu proses aradan qaldırılacaq. Plastik kartı olan ailə kommunal xidmətləri üzrə ödənişləri nağd şəkildə ala biləcək”.

İqtisadçı ekspert onu da əlavə edib ki, nağdlaşdırma mexanizmi kommunal xidmətlər üzrə müvafiq qurumların da fəaliyyətini sağlamlaşdıracaq: “ Bu baxımdan yeni qaydalar vacibdir. Çünki aparılan monitorinqlər göstərir ki, bəzi hallarda dövlət qurumlarında itkilər daha çox olurdu, qeyri-qanuni xətlərlə kommunal xidmətlər satılırdı. Xüsusilə nəzərdə tutulan limit mexanizmindən süni istifadə olunurdu. Yeni mexanizm isə dövlət qurumlarında səmərəliliyinin artırılmasına təsir göstərəcək. Praktik olaraq limit mexanizmi yoxdur və nağd pul mexanizmi olduğundan səmərəli olacaq”.

V.Bayramovun fikrincə, yeni mexanizm dövlət qurumlarının fəaliyyətini sağlamlaşdıracaqsa, ödənişlərlə bağlı kommunal xidmətləri təmin edən qurumlarla məcburi köçkünlər arasında anlaşılmazlıq aradan qaldırılacaqsa əhəmiyyəti çox olacaq. Burada əsas prioritet sistemin elektronlaşdırılması, çevikləşməsi və xidmətlər üzrə birbaşa nağd şəkildə həyata keçirilməsidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas
19.09.2019
"Qafqaz Neoliti" filminin təqdimatı keçirilib
19.09.2019
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib- SİYAHI
19.09.2019
Misir Mərdanov: Nə altımda milyardlar var, nə üstümdə... - Video
19.09.2019
Sabahın havası: Rayonlarda leysan yağacaq