Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Azərbaycanda ət niyə bahalaşır? - SƏBƏBLƏR

18:35  |    24 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Son bir neçə ayda ətin qiymətinin qalxması alıcılıq qabiliyyətini də aşağı salıb. İlk olaraq paytaxtın bir neçə ət satışı mağazalarında qiymətlərlə maraqlandıq. Satıcılar əvvəllər 150-200 kq ət satdıqlarını, indi isə bu rəqəmin 60-70 kq-a düşdüyünü deyirlər.

Qəssab Ramin Zülfüqarov deyir ki, bayramdan sonra alıcılıq qabiliyyəti tamamilə aşağı düşüb. Onun sözlərinə görə, hazırda ətin qiyməti 10-12 manat arasında dəyişir: "Yeni ildən etibarən mal çox baha gəlir. Xaricdən mallar gəlmir. Öz mallarımızdır. Bir balaca qıtlıqdır. Təsərrüfat zəifdir. Otlaq yeri zəifdir. Mallar zəif gəlir. Yerli mallar olduğuna görə belədir. Keçən il stabil satırdıq 9-10 manata, indi bu dəqiqə topdan satış qiyməti 9.50-10 manatdır".

Elbrus Cəlilov da həmkarının dediklərini təsdiqləyir: "Yerində bahadır, yem bahadır, otlaq sahəsi bahadır. Qış olanda bir az bahalaşır, yayda ucuzluq olur. Biz ancaq regionlardan gətiririk".

Baş çəkdiyimiz digər satış məntəqəsində isə bildirdilər ki, xaricdən ət məhsullarının gəlməməsi ətin qiymətinə birbaşa təsir edib: "İndi xaricdən mal gəlmir. Ukrayna, Gürcüstan, Dağıstandan mallar gəlirdi, bolluq olurdu. İndi mal gəlmədiyinə görə belə bahalaşıb".

Qiymətlərdən razı olan müştərilər də var, narazı olanlar da.

Quş və quş məhsullarının qiymətləri ilə də maraqlandıq. Satıcı deyir ki, əvvəlki illərlə müqayisədə bu sahədə də alıcılıq qabiliyyəti aşağıdır: "Bizdə toyuğun qiyməti 7-8 manat arasında dəyişir. Çəki fərqi var da. Bu toyuğu veririk 10 manata, amma yerindən alırıq 9 manata. Hər toyuqda 1 manat 50 qəpik qalmasa, dolanmaq da olmaz".

Hinduşkanın bir kiloqramı 13, ördəyin qiyməti isə 10 manatdır.

Ekspert Vüqar Bayramov deyir ki, ət məhsullarının qiymətlərinin qalxmasına əsas səbəb topdansatış qiymətinin yüksəlməsi ilə bağlıdır: "Topdansatış qiymətinin artması ət istehsalının azalması ilə bağlıdır. Xüsusən diri mal-qara və eləcə də qoyunların satışında azalmalar olduğuna görə nəticədə qiymətlərə təsir göstərir. Bir tərəfdən pərakəndə satışla məşğul olanlar qiymətin artmasında maraqlı deyillər, çünki onlar topdansatışı baha alırlar, pərakəndəni baha satırlar. Topdansatış qiyməti artan zaman onların gəlirlərinə təsir göstərir. Satış azaldığı üçün də onların gəlirləri azalır".

Ekspert deyir ki, qiymət artımlarının qarşısının alınması üçün yerli istehsalın həcmi artırılanadək idxal olunan məhsullara vergi güzəştləri tətbiq olunmalıdır. Onun sözlərinə görə, heyvandarlıqla bağlı subsidiya mexanizminin tətbiq edilməsinə ehtiyac var.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas
19.09.2019
"Qafqaz Neoliti" filminin təqdimatı keçirilib
19.09.2019
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib- SİYAHI
19.09.2019
Misir Mərdanov: Nə altımda milyardlar var, nə üstümdə... - Video
19.09.2019
Sabahın havası: Rayonlarda leysan yağacaq