Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6477

Digər sorğular

Mehdiyev icra başçılarını ittiham etdi — Gərgin müşavirə

18:22  |    24 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


2016-cı ilin son günlərində – dekabrın 26-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçıları, polis rəisləri, prokurorlar və digər vəzifəli şəxslərin iştirakilə keçirdiyi müşavirədən yeni xəbərlər var.

Ölkə.Az xəbər verir ki, "AzPolitika.info”ya daxil olan məlumata görə, qapalı müşavirə kifayət qədər gərgin atmosferdə keçirilib – PA rəhbəri yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, xüsusən də məhkəmə sədrlərinə sərt xəbərdarlıq edib. R.Mehdiyev onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib.


Məlumata görə, PA rəhbəri bir neçə icra başçısı və məhkəmə sədrini, o cümlədən Ağcabədi, Suraxanı, Daşkəsən rayonlarının başçılarını, Bakı Apellyasiya Məhkəməsinin sədrini ayağa qaldıraraq, onları şəxsən tənbeh edib, işlərində dönüş yaratmağı tələb edib. R.Mehdiyev Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əbiyevi əlavə olaraq vaxtının çox hissəsini Bakıda keçirdiyinə görə də danlayıb. Ə.Əbiyev isə bunun qarşılığında "siz də mənim yerimi Bakıya dəyişin” replikasını ataraq, Bakının rayonlarından birində başçı olmaq iddiasını ortaya qoyub.

Müşavirə zamanı yerli başçıların işə münasibəti ilə bağlı daxili araşdırmanın nəticələri də müzakirə olunub. Bu araşdırmaya görə, rayonların baçılarının əksəriyyəti işdə çox az vaxt keçirir, əhali ilə işini düzgün qura bilmir, bir çoxu içkiyə həddən artıq meyillidir, bəziləri isə hətta vaxtını eyş-işrətdə keçirir. Bizə verilən məlumata görə, PA rəhbəri bu kimi hallara son qoymağı, işə məsuliyyətlə yanaşmağı tələb edib, nəticə çıxarmayanlar barəsində sərt ölçü götürüləcəyinə dair xəbərdarlıq edib.

PA rəhbərinin bu xəbərdarlığının ciddi nəticəsi olacaqmı, demək çətindir. Lakin bir məsələ tam aydındır ki, belə tərkibdə icra başçıları ilə əhalinin artan narazılığının qarşısını almaq çox çətin olacaq. Əksəriyyəti tükənmiş, yenilik etmək, dövrün tələblərinə cavab vermək iqtidarında olmayan, tamamilə korrupsiyalaşmış bu heyətlə irəliyə getmək, rüşvət və korrupsiya ilə yerlərdə mübarizə aparmaq, elan olunan islahatları həyata keçirmək mümkün deyil. Çünkü korrupsiya, süründürməçilik, insanların problemlərinə laqeyd münasibət, şəxsi maraqların ön planda tutulması kimi "keyfiyyətlər” cəzasızlıq mühitində bu insanların həyat tərzinə çevrilib. Onu asanlıqla dəyişmək mümkün deyil.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Mindən çox abonent qazsız qalacaq
20.09.2019
Sabah Azərbaycanda temperatur aşağı düşəcək - HAVA PROQNOZU
20.09.2019
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən mərasimdə iştirak edib
20.09.2019
Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas