Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

QAZİLƏRİMİZİN QƏDRİNİ BİLƏK!

14:41  |    24 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Son vaxtlar Qarabağ Qaziləri bir-birinin ardınca dünyadan köçür. Əksəriyyəti də heç 60 yaşa qədər yaşamır. Onların ölümünün səbəbi müharibədə aldıqları yaralar, o yaraların üstünə illərlə canlarında yığılmış xəstəliklər, məişət problemləri və üstəlik cəmiyyətdə özlərinə qarşı olan laqeyd münasibətdir. Qaziləri öldürən xəstəlikdən çox insanımızın laqeydliyidir. Axı biz niyə bu qədər laqeydik axı? Bir Qarabağımız var, bir də orda döyüşən oğullarımız. Yaxşı, Qarabağımızı qaytara bilmədik, bəs orda döyüşən igid oğulların günahı nədir? Onlar müharibə başlayanda “Vətən dardadır!” deyib əllərinə silah aldılar, düşmənlə üz-üzə qaldılar. Öldülər, öldürdülər...

Aslan İsmayılov |

Şəhid olanlar canlarını götürüb getdilər, sanki onlar Qarabağ Qazilərimizin bu günkü xırda məişət problemlərinin həlli üçün bürokrat qapılarında çarpışmalarına dözə bilməyəcəklərini bilib getdilər. Yaxşı, bəs yaşayan döyüşçülərə münasibət hansı vəziyyətdədir? Onların üzünə deyilməlidirmi ki, “Canın çıxaydı, gedib döyüşməyəydin!”. Bunu deyənlərin 100 faiz insanlıqda payı yoxdur, amma vəzifə kürsüsünü zəbt edə bilirlər. Görəsən, utanlrlarmı özlərindən, sözlərindən, başlarından yekə danışmaqlarından...

Hər dəfə Qarabağ Qazilərini əlil arabasında görəndə o qədər pərişan oluram ki...Axı, o da indi ayaqda durub gəzməliydi, bizim kimi istədiyi yerə gedib-gəlməliydi, yoldaşlarıyla şəhərdə oturub çay içib, söhbət etməliydi. Amma bunu edə bilmir. Çünki, əlil arabasında evdən çölə çıxanda ona olan münasibəti görür, onsuz da 4 divar arasında qalmaqdan gərilmiş əsəblər ictimai yerə çıxanda bir az da gərilir. Çünki, onlara bir müharibə döyüşçüsünə qoyulacaq hörmət, ehtiram göstərilmir. Bu da Qazi qardaşlarımızın psixologiyasına daha ağır bir zərbə vurur. Dərdə baxın, münasibətə baxın, dəhşətdir, elə deyilmi?

Qarabağ Qazilərinə bu münasibət kökündən dəyişilməlidir. Onlar artıq 25 ildir ki, canlarında qəlpə, ürəklərində laqeydlik dərdi ilə yaşayırlar. Və qəlpənin ağrısına dözsələr də, laqeydliyin acısına dözə bilmirlər. Ona görə də bir-birinin ardınca bu dünyadan o biri dünyaya köç edirlər...

Ağırdır, deyilmi? Hər dəfə bir qazinin ölüm xəbərini eşidəndə nə hala düşürük, nələr düşünürük? Amma onlara münasibətə gəlincə dəyişmir ki, dəyişmir.

Gəlin, Qarabağ döyüşçülərinə hörmətlə yanaşaq, onları qapılarda süründürən məmurları qınayaq, onları aşağılayanları yığışıb birlikdə başa salaq ki, bu insan sıradan biri deyil, bu insan sənin, mənim, bizim yolumuzda canının bir parçasını verib. Bizə görə əlil olub. Vətəni qorumaq üçün əlil olub. Gəlin, Qarabağ Qazilərmizin qədrini bilək, onlar bizi qorumaq üçün canlarından keçiblər, biz də onların hüquqlarını qorumaq üçün əlimizdən gələni əsirgəməyək!

Sevda Elay (Əsgərova)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları
06.07.2017 Ermənistanı yer üzündən silək!
05.05.2017 Rus TV-lərinin evimizin içində anti-türk və ermənipərəst təbliğatı...
30.03.2017 Azərbaycan niyə “Asalapol”un üzvü olmalıdır?
18.11.2016 Azərbaycan Şahzadəsi Babək Mirzə Qacar Vətənində
28.10.2016 20 yaşın mübarək “Şərq”!