Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6879

Digər sorğular

ABŞ Konqresində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verildi

13:50  |    24 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri konqresmen Stiv Kohen 20 Yanvar Faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda Azərbaycanda “Qara yanvar” kimi anılan faciənin kommunizm zülmündən qurtuluş, ölkəmizin müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizəni təcəssüm etdirdiyi deyilir.


Konqresmen Kohen bəyanatında 1990-cı ilin 20 yanvar tarixində SSRİ rəhbərliyinin əmri ilə Bakıya daxil olmuş Sovet ordusunun Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq məqsədilə dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə arasında qadın və uşaqların da olduğu 130 nəfərin qətlə yetirildiyi, habelə yüzlərlə insanın yaralandığı və itkin düşdüyünü bildirib.

Bəyanatda “20 Yanvar Faciəsi”ni törətməklə Sovet rəhbərliyinin ittifaqa daxil olan digər dövlətlərdəki müstəqillik tərəfdarlarını da ruhdan salmağa çalışdığı vurğulanıb.

Konqresmen Kohen Sovet rəhbərliyinin gözləntilərindən fərqli olaraq, “20 Yanvar Faciəsi”nin Azərbaycan xalqını daha da səfərbər etdiyini və proseslərin Azərbaycanın müstəqilliyini elan etməsi ilə nəticələndiyini bəyan edib.

Sonda konqresmen bu gün Azərbaycanın dinamik inkişaf edən bir dövlətə çevrildiyini, Avropa dövlətlərinin və İsrailin enerji təhlükəsizliyinə töhfə verdiyini, habelə ölkəmizdə demokratik dəyərlərin və azad bazar iqtisadiyyatının bərqərar olduğunu qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.05.2020
4 gün ərzində muzeylərə giriş ödənişsiz olacaq - VİDEO
25.05.2020
Mağazalarda nisyə dəftərlərini bağlayan “görünməz adam” - VİDEO
25.05.2020
Yağış yağıb, dolu düşüb - Faktiki hava
25.05.2020
Jurnalist iki xalq şairi ilə bağlı TƏKLİF irəli sürdü
25.05.2020
İlham Əliyev Pirsaat Baba ziyarətgahının yenidən qurulması işləri ilə tanış olub