Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6941

Digər sorğular

Azərbaycanın yeni səfiri etimadnaməsini Prezident Georgi Marqvelaşviliyə təqdim edib - FOTO

01:02  |    21 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Gürcüstan Prezidenti Georgi Marqvelaşvili yanvarın 20-də Azərbaycanın bu ölkədə yeni təyin olunmuş səfiri Dursun Həsənovu qəbul edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səfir Dursun Həsənov etimadnaməsini Prezident Georgi Marqvelaşviliyə təqdim edib.
Gürcüstan dövlətinin başçısı Dursun Həsənovu yeni təyinatı münasibəti ilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
D.Həsənov etimadnaməsini qəbul etdiyinə və səmimi qəbula görə təşəkkürümü bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın dövlət başçısına çatdırıb.
Səfir fəaliyyəti dövründə strateji tərəfdaş olan ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə çalışacağını bildirib.
Georgi Marqvelaşvili ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, regionda birgə həyata keçirdiyimiz energetika, nəqliyyat, ticarət layihələrinin əhəmiyyətindən danışıb, mədəni və turizm əlaqələrinin də inkişaf etdirilməsinin zəruriliyini bildirib.
Səfir Dursun Həsənov səmimi qəbuluna görə bir daha təşəkkürünü bildirib, əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama
30.06.2020
Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb
29.06.2020
Azərbaycan Prezidenti Türkmənistan Prezidentinə zəng edib
27.06.2020
Putinin mesajı: "Həmin torpaqlar SSRİ dağılarkən geri qaytarılmayıb..."