Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

ABŞ-da hakerlər qrupunun üzvü həbs edilib

16:03  |    15 Aprel 2015  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ saytı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, Nyu-Cersi Məhkəməsi ABŞ-ın onlarla bankından və federal qurumundan 15 milyon dollardan çox vəsait oğurlayan ukraynalıların başçılıq etdiyi haker qrupunun iştirakçılarından birini 7,5 illik həbs cəzasına məhkum edib.

Nyu-Yorkun Bruklin rayonunun 50 yaşlı sakini Oleq Pidterqerya fırıldaqçılıq sxeminin təşkilinə yardımçı olmaqda təqsirli bilinib. Sxem vasitəsilə cinayətkarlar fərdi şəxslərin və dövlət müəssisələrinin, o cümlədən ABŞ Müdafiə Nazirliyinin və Vergilər Xidmətinin hesablarını ələ keçirə biliblər. Cinayətkarlar oğurlanan pulları onların nəzarətində olan hesablara köçürüblər, bir qismini nağdlaşdırıblar.

İstintaq məlumatına görə, səkkiz nəfərdən ibarət haker qrupu Ukrayna vətəndaşları Oleksi Şarapka və Leonid Yanovski tərəfindən yaradılıb. Məhkəmə L.Yanovski barəsində hökm çıxarsa da, istintaqdan yayına bilib. Qrupun digər iştirakçıları ABŞ vətəndaşlarıdır. Məlum olub ki, 2004-2012-ci illərdə O.Şarapka ABŞ-da kompüter fırıldaqçılığına görə cəza çəkib, həbsdən azad olunduqdan sonra Ukraynaya deportasiya edilib.

2012-ci ilin martından 2013-cü ilin iyununadək hakerlər "Aon Hewitt”, “Citibank”, “JP Morgan Chase”, “Nordstrom Bank”, “PayPal” elektron ödəniş sistemi və “TD Ameritrade” broker firması kimi maliyyə müəssisələrinin kompüter şəbəkələrinə müdaxilə ediblər.

O.Pidterqerya ona qarşı irəli sürülən bütün ittihamlar üzrə özünü təqsirli bilib, - “TASS” yazır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
19.11.2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış