Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

ABŞ-ın Azərbaycandakı səfiri Göygöl rayonunda olub

15:53  |    15 Aprel 2015  |   E-mail  |  Çapa göndər

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qərb bölgəsinə səfəri çərçivəsində Göygöl rayonunda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl regional bazasına baş çəkib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, səfir burada partlamamış minaların təmizlənməsində istifadə olunan vasitələrlə tanış olub. Sonra Agentliyin qrup rəhbəri Elnur Qasımov təlim bazasının fəaliyyətini əks etdirən təqdimat keçirib. Məlumat verilib ki, 10 ilə yaxındır, fəaliyyət göstərən bazada 26 adda təlimlər təşkil olunub. Təlimlərdə Azərbaycandan başqa, Gürcüstan, Əfqanıstan və Orta Asiya ölkələrindən olan minatəmizləyənlər də iştirak edib.



Qeyd edək ki, səfir Robert Sekuta aprelin 14-də qərb bölgəsinə gedib. Diplomat ötən gün Gəncənin tarixi abidələrinə baş çəkərək gəzməli yerləri ilə tanış olub.


Səfirlikdən verilən məlumat görə, Robert Sekutanın bölgələrə ilk səfəri Gəncədən başlayıb. Səfər çərçivəsində diplomatın Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşü nəzərdə tutulur. Daha sonra isə səfir Azərbaycan Dövlət Aqrar Universitetində və məcburi köçkünlərin yaşadığı qəsəbədə də olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
QDİƏT-in iclasında erməni təxribatının qarşısı alınıb
20.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Rusiyada rəsmi səfərdədir
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?
15.11.2019
Prezident iki rayona 6 milyon manat pul ayırdı
15.11.2019
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib