Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

İsrail jurnalistləri Azərbaycan Mətbuat Şurasında olublar

00:53  |    15 Aprel 2015  |   E-mail  |  Çapa göndər

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının dəvəti ilə ölkəmizə təşrif buyurmuş israilli jurnalistlər Azərbaycan Mətbuat Şurasında (MŞ) olublar.

Şuradan Trend-ə verilən məlumata görə, qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb.

Ə.Amaşov bildirib ki, ölkə jurnalistlərinin vahid özünütənzimləmə qurumu olan Mətbuat Şurasının əsas missiyası media orqanları ilə bağlı ayrı-ayrı vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılmasından ibarətdir. Bu missiya səmərəliliyi ondadır ki, kütləvi informasiya vasitələrinin fəaliyyətindən narazılıqlar məhkəmə müstəvisinə daşınmır. Şura həmçinin jurnalistika sahəsində müxtəlif tematik tədbirlər, layihələr də reallaşdırmaqdadır.

Azərbaycan və İsrail dövlətləri arasındakı mövcud əməkdaşlığın uğurlu xətt üzrə inkişafından söz açan MŞ sədri bunun media orqanlarının əməkdaşlığına da sirayət etməsinin vacibliyini vurğulayıb. Rəhbərlik etdiyi qurumun mövcud istiqamətdəki əməkdaşlığa hazır olduğunu dilə gətirib.

Görüşdə xarici qonaqlara Azərbaycan mətbuatının hazırkı durumu, Azərbaycan dövlətinin media siyasətinin müxtəlif aspektləri ilə bağlı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Habelə qarşılıqlı maraq doğuran məsələlərə, o cümlədən Azərbaycan həqiqətlərinin xaricdə təbliğinə dair fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər