Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6523

Digər sorğular

“Təcili Rusiyaya etiraz ünvanlanmalıdır“ - millət vəkili “KVN-2017“ ilə bağlı etiraz etdi

02:05  |    13 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


“Təcili olaraq ölkəmizin rəsmi qurumları səviyyəsində Rusiya tərəfinə etiraz ünvanlanmalıdır.

Mədəniyyət və Turizm Nazirliyi bu təxribatın qarşısını almaq və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı rejimi təmsil edən komandanın təcili olaraq festivaldan uzaqlaşdırılması üçün addımlar atmalı, əks halda Azərbaycan komandasının etiraz bəyanatı ilə festivaldan çıxacağını bəyan etməlidir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri millət vəkili Qənirə Paşayeva "Facebook" səhifəsində Soçidə keçirilən “KVN – 2017”də Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata münasibət bildirərkən deyib. O, yarışmada Qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndələrinin iştirakına etirazını belə vurğulayıb:

“Əgər separatçı rejimi təmsil edən komanda festivaldan uzaqlaşdırılmasa, Azərbaycan komandası etiraz bəyanatı verərək yarışmanı tərk etməlidir. Bu hadisə birbaşa təxibatdır, Azərbaycan ərazi bütövlüyünə qarşı sayğısızlıqdır və buna ciddi etiraz edir, baş verən təxribatı kəskin pisləyir, qınayırıq.

Rusiyada yaşayan diaspor təşkilatlarımıza müraciət edərək onları bu təxribatın qarşısının alınmasında fəal olmağa çağırırıq. Rusiyada yaşayan bütün diaspor təşkilatlarımızın, insanlarımızın bu təxribata ciddi etiraz edərək festivalın təşkilatçılarına və Rusiyanın müvafiq qurumlarına müraciətlər göndərməsi vacibdir. Çünki bu cür təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin tənzimlənməsində obyektiv rol oynaya biləcəyini bir daha şübhə altına almış olur, rəsmi Moskvanın vasitəçilik missiyasına da ziddir.

Azərbaycanın ərazi bütövlüyü Rusiya da daxil olmaqla bütün dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır . Separatçı rejimi təmsil edən komandanın belə bir festivala dəvət edilməsi Azərbaycanın ərazi bütovlüyünə sayğısızlıqdır və bu, yol verilməzdir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.10.2019
Qənirə Paşayeva Türkiyədə mükafata layiq görülüb - VIDEO
18.10.2019
Britaniya səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi
18.10.2019
Rusiya XİN-dən Azərbaycan xalqına təbrik - VİDEO
18.10.2019
Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib
18.10.2019
Əkrəm İmamoğlu: “Azərbaycan xalqına neçə belə azad illər arzulayıram”