Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6706

Digər sorğular

Abdullah Gül Azərbaycana gələcək

21:39  |    14 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Türkiyənin 11-ci prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Abdulla Gül III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, forumda Abdulla Gülün “Yeni dünya düzəninin başlıca problemləri” mövsuzunda məruzə ilə çıxışı nəzərdə tutulub. 2014-cü ildən Mərkəzə üzv olan Abdulla Gül Azərbaycanda dünyanın nüfuzlu ictimai-siyasi liderlərinin birləşdiyi belə bir beynəlxalq əhəmiyyətli təşkilatın fəaliyyətini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirir. A.Gülün fikrincə, bu, təkcə Azərbaycanın deyil, eyni zamanda bütün türk dünyasının bəşəriyyəti narahat edən qlobal problemlərin həlli yollarının tapılmasında iştirakını təmin edə bilər.

Qeyd edək ki, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan III Qlobal Açıq Cəmiyyətlər Forumunda nüfuzlu siyasətçilər yeni dünyanın idarə edilməsi strategiyasının müəyyənləşdirilməsi üçün fikir mübadiləsi aparacaq. Müzakirələrdə onlarla ölkənin hazırkı və sabiq prezidenti, dövlət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, ekspert, elm adamları iştirak edəcək.

Xatırladaq ki, Forum Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu baş tutub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək
22.02.2020
İcra başçısı aksiya keçirən əhali ilə görüşdü: "İnqilab edirsiniz..." (VİDEO)
22.02.2020
Xalq artistinin tüfeyli həyat yaşayan oğlu - “Qadınlara sataşır, özünü apara bilmir”
22.02.2020
Sabahın hava proqnozu açıqlanıb
22.02.2020
Naxçıvan Ali Məclisinə yeni TƏYİNAT