Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Neft-qaz şirkətləri tənqid olundu

20:21  |    14 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bir sıra podratçı neft-qaz şirkətlərinin fəaliyyətini kəskin tənqid edib.

Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, deputat A.Quliyev deyib ki, “Şirvan OİL” və digər bu kimi şirkətlər öz fəaliyyətlərində böyük nöqsanlara yol verirlər: “Mən Şirvandan seçilmiş deputatam və bu barədə mənə kifayət qədər müraciətlər olur. Həmin şirkətlər qanuna zidd və heç bir əsası olmadan işçiləri işdən çıxarırlar və sairə. Bu məsələni də müzakirə etmək lazımdır”.

A.Quliyevin çıxışına toxunan vitse-spiker, Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov isə bildirib ki, “Qarasu” və digər bu kimi şirkətlərlə bağlı onda müvafiq məlumatlar var: “Köhnə yataqlarda podratçıların boyunlarına elə öhdəliklər qoyulub ki, onlar qaça bilmirlər. Əmin ola bilərsiniz ki, köhnə yataqlarda işləyən podratçı şirkətlər Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin əlindən canını qurtara bilsəydi elə qaçardı ki, şalvarı da burda qalardı. Sovet dövründən bəri kim işləyirsə həmin adamlar bu gündə orda qalıblar. Hələ Azərbaycan tərəfi həmin layihələrdən mənfəət də götürür. Ölmüş sahələri xarici podratçılara vermişik və onlar özləri üçün pul qazanırlar, hələ bizə də vəsait ödəyirlər”.

Komitə sədri qeyd edib ki, həmin ölmüş yataqlarda minlərlə insan çalışır: “Neftçalada, Kürdəmirdə, Şirvandan olan vətəndaşlarımız alın təri ilə ailəsini dolandırır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər