Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6702

Digər sorğular

CNN-in məşhur aparıcısı Bakıya gəlir

20:47  |    10 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Amerika Birləşmiş Ştatlarında nüfuzlu və populyar siyasi şərhçi, beynəlxalq münasibətlər üzrə ekspert, CNN telekanalının aparıcısı, həftəlik “Newsweek International” nəşrinin redaktoru Farid Zakariya 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək.

Diasporla iş Üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bu barədə Farid Zakariya ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsinin görüşündə bildirilib. Görüşdə həmçinin, NGBM-nin fəaliyyəti, V Qlobal Bakı Forumuna dair geniş müzakirə aparılıb, Farid Zakariyanın tədbirdə iştirakının detalları dəqiqləşdirilib. Farid Zakariya eyni zamanda Forum iştirakçılarına videomüraciət ünvanlayıb. Müraciətində Bakıya ilk dəfə səfər edəcəyini bildirən Farid Zakariya eyni zamanda dünyada baş verən proseslərin gərgin bir vaxtında Bakı Forumunun əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Hindistanda dünyaya gələn müsəlman əsilli Farid Zakariya ABŞ-da tanınmış politoloq və jurnalistdir. Beynəlxalq münasibətlərə dair bir neçə kitabın müəllifi, CNN telekanalında aparıcı olan F.Zakariya “New York Times”, “The Wall Street Journal” kimi nüfuzli nəşrlərdə öz yazıları ilə çıxış edib, bir sıra qəzet və jurnallarda isə redaktorluq edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2020
Lavrov: "Rusiya İdlibdə Suriya ordusunu dəstəkləyir"
19.02.2020
Türkiyə Liviyaya muzdlu döyüşçülər göndərib - Liviyalı nazirdən gülünc iddia
19.02.2020
İranda 2 nəfər koronavirusdan öldü
19.02.2020
Türkiyə Prezidenti: “Bütün hazırlıqlar görülüb, İdlib hərəkatı an məsələsidir”
19.02.2020
ABŞ-da çoxarvadlılığa icazə veriləcək...- GÖZLƏNİLMƏZ