Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Deputatdan təklif - yüksək vəzifəlilər də tənbeh edilsin

19:20  |    14 Aprel 2015  |   E-mail  |  Çapa göndər

"İlk dəfədir ki, bu cür uğurlu hesabat dinləyirəm"

Millət vəkili Hesablama Palatasına təkliflər verib.

Qaziler.az ANS PRESS-ə istinadən bildirir ki, deputat Vahid Əhmədov Hesablama Palatasının hesabatı haqqında fikirlərini bildirib.

O, qeyd edib ki, artıq on ildən çoxdur ki, Hesablama Palatasının hesabatlarını dinləyirik. Millət vəkili etiraf edib ki, ilk dəfədir ki, bu cür uğurlu hesabat dinləyib:

“Mən Vüqar Gülməmmədovu təbrik edirəm. Ancaq iki təklifim var. Göstəricilər verilərkən MDB ölkələri ilə bağlı deyil, bizim iqtisadi tərəfdaşlarımız olan Avropa ölkələri ilə müqayisəli şəkildə göstərilsin. Bir digər təklifim isə vəzifəli şəxslərin tənbeh edilməsi ilə bağlıdır. Daha çox aşağı vəzifəli şəxslər tənbeh olunur. Təklif edirəm ki, qanunvericiliyə dəyişiklik edilsin və yüksək vəzifəlilər də tənbeh edilsin”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Hesablama Palatasının hesabatı Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və daha sonra səsə qoyularaq qəbul edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər