Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Milli Məclisdə Roma Papası tənqid olundu

18:48  |    14 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Milli Məclisinin iclasında Roma Papasının uydurma “erməni soyqırımı” ilə bağlı çıxışına etiraz bildirilib.

Qaziler.az-ın APA-ya istinadən verdiyi məlumata görə Zahid Oruc çıxışında deyib ki, ermənilərin nefti və qazı olmasa da, mühüm silahları var: “Uydurublar ki, xristianlığın beşiyi oradır və “soyqırım” silahından yararlanırlar”.

Z. Oruc cavab olaraq Roma Papasına məktub yazmaqdansa, 24 apreldə Azərbaycan gənclərinin Şəhidlər Xiyabanını ziyarət etməsi, bir din adamının katolik kilsəsinin qarşısına gül qoymasını təklif edib: “Katolik kilsəsinin rəhbərinin qərarı əslində ermənilərə böyük zərbədir“.

Sabir Rüstəmxanlı isə bəyan edib ki, ən yaxşı cavab özümüzün iş görməyimizdir: “Ermənilər yox yerdən abidə qurub və gəlib-gedən onu ziyarət edir. Niyə Azərbaycanda bir normal soyqırım muzeyi, abidəsi olmasın?.. Min ildir fitnə-fəsad Roma Papasının başının altından çıxır. Bu adam Argentina əsillidir və orada ermənilər at oynadır. O vaxt Osmanlı İmperiyasında 1,2 milyon erməni yaşayırdı, amma bu adam iddia edir ki, 1,5 milyon erməni öldürülüb. Bəs ermənilər məhv edildisə, onda dünyada yaşayan bu ermənilər haradan törəyib? Ədalətli, vicdanlı adam Ermənistana işğaldan əl çək deməli, sonra barışa çağırmalıdır. Biz bir məktubla öz etirazımızı bildirməli və Türkiyənin yanında olduğumuzu nümayiş etdirməliyik”.

Deputat, xalq artisti Zeynəb Xanlarova da çıxış edərək bildirib ki, qırxı çıxmış bir papanın haqqında danışmağa dəyməz: “Bu adamın yan-yörəsi bizə qarşı düşməndir. Papanın başı yerində olsa, onlara qulaq asmaz, öz başı ilə iş görər”.

Sədr Oqtay Əsədov Roma Papasının belə bir bəyanat verməsindən təəssüflənib: “Siyasətlə siyasətçilər məşğul olmalıdır. Din xadimləri siyasətə qarışmamalıdır. 100 il əvvəlki məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı haqqında danışmırlar”.

Spiker xatırladıb ki, o vaxt Osmanlı İmperiyasında 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüblər və bunun da sənədi var: “İndi necə oldu ki, 1,5 milyon ermənini qırıblar? Bu, tarixi məsələdir. Təəssüf edirəm ki, Papa bu prosesə qatılıb. Məncə, ona müraciət etməyin mənası yoxdur. Onlar erməni katolikosunu özlərinə kardinal hesab edirlər. Məsələ aydındır”.

Fazil Mustafa isə Məhəmməd Əmin Rəsulzadənin büstünün metrodan götürülməsi məsələsinə toxunub. O, Rəsulzadənin büstünün Bakı Metropolitenin deposundan götürülməsini məmur özbaşınalığı adlandırıb: “Biz tariximizə hörmət etmək istəyiriksə, belə dəyərlərə toxunmamalıyıq. Prezident bu şəxsiyyətlərlə bağlı lazımi addımlar atırsa, deməli, onları dəyərləndirir. Məmurlar isə özbaşınalıqlara yol verirlər”.

İqbal Ağazadə də bu addımın ölkə başçısının sərəncamı ilə ziddiyyət təşkil etdiyini deyib: “Bu biabırçılığın qarşısı alınmalıdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər
17.09.2019
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır