Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6698

Digər sorğular

Əməkdaşlıq imkanları müzakirə edilib

18:37  |    14 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Tatarıstan – Azərbaycan iş adamları İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, Bakıda Rusiya Federasiyasının Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev neft maşınqayırması, neft kimyası, dərman istehsalı, İKT, turizm, o cümlədən tibb turizmi və s. sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripov Rusiya Federasiyasının digər subyektləri kimi, Tatarıstan Respublikasının da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, ölkəmizdəki iqtisadi inkişafın əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlar yaratdığını ifadə edib.

Tədbirdə Azərbaycan və Tatarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-yə yaxın iş adamı iştirak edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
“Yeni Üfüq” Xocalı şəhidlərini andı
16.02.2020
“Paşinyan yalan danışır, mən elə söz deməmişəm” - Ayaz Mütəllibov
16.02.2020
Ermənistanın keçmiş müdafiə naziri: “Münhen debatı məni məyus etdi”
16.02.2020
Müxaliflərdən Əsədə zərbə: Yüzlərlə ölü...
16.02.2020
Bakıya qayıdan iki nəfərdə yüksək temperatur aşkarlandı