Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Azad Rəhimov Belçikaya gedib

17:15  |    14 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Bakı 2015 Avropa oyunlarının təqdimatı Belçikada olacaq.

Qaziler.az Gənclər və İdman Nazirliyinin saytına istinadən bildirir ki, bu gün Belçikanın paytaxtı Brüsseldə Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkəyə rəsmi səfərə yola düşüb.

Brüsselin “Egmont” Sarayında baş tutacaq qala gecədə Nazir Azad Rəhimovun, Beynəlxlalq Olimpiya Komitəsinin eks prezidenti Jacques Rogge, Belçika Olimpiya komitəsinin prezidenti Pierre-Olivier Beckers və Avropa Parlamerntinin vitse prezidentinin çıxışları nəzərdə tutulub.

Təqdimat mərasimi çərçivəsində qonaqlara Bakı 2015 Avropa oyunalarına hazırlıqla bağlı video çarx və foto sərgi nümayiş olunacaq.

Səfərin ikinci günü, 15 aprel tarixdə isə Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi Avropa parlamentində gerçəkləşəcək. Mərasimində nazir Azad Rəhimov, Avropa Parlamentinin üzvü İlham Kyuçyuk, Azərbaycanın Belçika krallığındakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin üzvü Mark Tarabella və Avropa Parlamentinin bir sıra üzvüləri və digər rəsmi şəxslər iştirak edəcək. Dəyirmi masa ətrafında keçiriləcək təqdimat mərasimidə Bakı 2015 Avropa oyunları ilə yanaşı, Azərbaycan və Avropa Parlementi arasında əlaqələrin möhkəmləndirilməsi, gənclər sahəsində yeni layihələrin işlənilməsi, müxtəlif sahələrdə əldə edilmiş razılıqlar əsasında yeniliklərin əldə olunması və digər mövzular müzakirə olunacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər