Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

TQDK yoxlamalara başladı

16:22  |    14 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Təhsil TQDK növbəti monitorinq imtahanları keçirir, qurum 11-ci sinif şagirdlərinin bilik-bacarıqlarını yoxlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 15, 16, 17, 20 və 21 aprel tarixlərində orta ümumtəhsil məktəblərinin 11-ci sinifində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçirəcək.

Qaziler.az ANS PRESS-ə istinadən bildirir ki, imtahanlar ümumilikdə 421 orta məktəbdə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən ayrı-ayrı günlərdə keçirilir. Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanır. İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən 1 saatdır. Prosesdə 23336 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan şagirdlərin tam seçməsinin bütün xüsusiyyətlərini özündə əks etdirən reprezentativ seçmə əsasında müəyyən olunmuş Respublikanın 22 şəhər və rayonunun (Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Ağcabədi, Tovuz, Goranboy, Şəki, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ağdaş, Yevlax, Şirvan, Salyan, Lənkəran, Neftçala, Quba, Qusar və Xaçmaz) məktəblərində keçirilir.

Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər
17.09.2019
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır