Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6698

Digər sorğular

Sərnişindaşıma tarifləri bahalaşdı

16:11  |    14 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Dövlət Statistika Komitəsi nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında məlumat yayıb. Azərbaycan Mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2 faiz, sərnişindaşıma tarifləri isə 0,8 faiz bahalaşıb.

ANS PRESS-in Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,9 faiz, digər xarici ölkələr üzrə 6,9 faiz bahalaşma müşahidə olunub. Yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 4,2 faiz ucuzlaşmış, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında yükdaşıma tarifləri MDB və digər xarici ölkələr üzrə müvafiq olaraq 30,2 və 32,2 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

Mart ayında boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 17,7 və 21,8 faiz bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 0,1 faiz bahalaşma qeydə alınıb. Sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
“Yeni Üfüq” Xocalı şəhidlərini andı
16.02.2020
“Paşinyan yalan danışır, mən elə söz deməmişəm” - Ayaz Mütəllibov
16.02.2020
Ermənistanın keçmiş müdafiə naziri: “Münhen debatı məni məyus etdi”
16.02.2020
Müxaliflərdən Əsədə zərbə: Yüzlərlə ölü...
16.02.2020
Bakıya qayıdan iki nəfərdə yüksək temperatur aşkarlandı