Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6698

Digər sorğular

Medianın akkreditasiyası başa çatıb

16:06  |    14 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Bakı 2015 Avropa Oyunlarına medianın akkreditasiya prosesi başa çatıb. 1300-dən çox mətbuat nümayəndəsi tədbiri işıqlandırmaq üçün müraciət edib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən APA-ya verilən məlumata görə, yayım şirkətləri istisna olmaqla, 1300-dən çox mətbuat nümayəndəsi tədbiri işıqlandırmaq üçün müraciət edib. Müraciətlər növbəti həftələrdə nəzərdən keçiriləcək.

Akkreditasiya sistemi Beynəlxalq Olimpiya Komitəsinin yaratdığı qaydalara əsasən, Olimpiya xartiyasına uyğun olaraq, Avropa Olimpiya Komitəsi tərəfindən idarə olunacaq.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bütün akkreditasiyaların Azərbaycana viza rolunu oynayacağını və açılış mərasimindən 30 gün əvvəldən başlayaraq bağlanış mərasimindən 60 gün sonraya qədər qüvvədə olacağını təsdiq edib: “Bu gənc və dinamik ölkədə keçiriləcək möhtəşəm tədbirə qatılmaq üçün akkreditasiyadan keçmiş media üzvləri, Avropa Oyunları ailəsi və Oyunlara gələn hər bir kəs Azərbaycanda ən dəyərli qonaq hesab olunacaqlar”.

Məlumatda o da qeyd olunub ki, Azərbaycanda ilk dəfə olaraq bir tədbiri işıqlandırmaq üçün bu sayda müraciət daxil olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
“Yeni Üfüq” Xocalı şəhidlərini andı
16.02.2020
“Paşinyan yalan danışır, mən elə söz deməmişəm” - Ayaz Mütəllibov
16.02.2020
Ermənistanın keçmiş müdafiə naziri: “Münhen debatı məni məyus etdi”
16.02.2020
Müxaliflərdən Əsədə zərbə: Yüzlərlə ölü...
16.02.2020
Bakıya qayıdan iki nəfərdə yüksək temperatur aşkarlandı