Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6654

Digər sorğular

“Qarabağ Hərəkatı” adından Bəyanat qəbul olundu

16:00  |    23 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Dekabrın 18-də “Qarabağ Hərəkatı” İdarə Heyətinin iclası keçirilib. Bu barədə QAZİLER.AZ-a “Qarabağ Hərəkatı” İH-dən məlumat verilib.

İclasda “İran–Ermənistan münasibətləri” və “Şuşa məscidinin İran tərəfindən təmiri” məsələsi əsas müzakirə mövzusu oldu.

Sonda “Qarabağ Hərəkatı” adından Bəyanat qəbul olundu:

“Azərbyacanla İran əsrlər boyu bütün məhrumiyyətlərə, sıxıntılara qarşı bir yerdə mübarizə aparıb. Xalqlarımız savaşlarda bir səngərdə vuruşub. Bütün bunlara rəğmən Azərbaycanın, Rusiya işğalından qurtulub, hürriyyət qazanmasından sonra İrandan böyük dəstək gözləmək haqqı vardı. Təəssüf ki, İran hökuməti bunu etmədi. Hər fürsətdə Azərbaycana savaş açmış, torpaqlarımızı işğal etmiş, insanlarımızı körpə, qoca demədən qətliama məruz qoymuş Ermənistanın yanında olmaqla bu prossesdə mövqeyini sərgiləmiş oldu. Müstəqil dövlət kimi İranın bu siyasətinə heç bir etirazımız yoxdu. Lakin, bütün hüquqi aktlarda Azərbaycan Respublikasının ərazisi kimi tanınan Dağlıq Qarabağda İranın ləyihələr həyata keçirməsi, separatçı rejimə dəstək verməsi iki ölkə arasında ciddi sıxıntılara səbəb olacaq. İran hökuməti bunu nəzərə almalı və Dağlıq Qarabağdakı rejimlə əlaqələrinə son qoymalıdır.

“Qarabağ Hərəkatı” olaraq, qonşu və dost ölkənin bu addımlarını pisləyir və İran iş adamlarını Qarabağdan geri çağırırıq. Əks halda İran bilməlidir ki, Azərbaycan xalqı bu məsələni -düşmənimizin dostu düşmənimizdir!- məntiqiylə qiymətləndirəcək. Yəqin ki, belə münasibət İranın özünə də lazım deyil.”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2020
Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR
18.01.2020
Qarabağ qazisinin SEÇKİ PLATFORMASI - BİOQRAFİYASI
18.01.2020
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir
18.01.2020
Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq edib
18.01.2020
Sabahın hava proqnozu açıqlanıb