Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Bakıda saxta yumurta və toyuqlar haradan alınır? — RƏSMİ AÇIQLAMA

03:04  |    23 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Bakıda saxta yumurta və şoka salan toyuq məsələsinə rəsmi rəy bildirilib.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev Ölkə.Az-a bildirib ki, bütün bu və bu kimi iddialar hələ təsdiqini tapmayıb. Onun sözlərinə görə, iddia edildiyi kimi Azərbaycanda və Bakıda saxta yumurta və toyuqların satışına təsadüf edilməyib:

“Yumurta saxtadır, toyuğun içindən ip çıxdı kimi məsələlər cəfəngiyyatdır. Bununla bağlı göstərilən video və fotolar da quramadır. Həmin məhsullar harada çəkilib, onları kimlər alıb Bunlar əfsanə şeylərdir. Bu çəkilişlərin çoxu montajdır. Bunların heç birinin kökü yoxdur. Yumurta ilə bağlı müraciət olmuşdu. Aydınlaşdırdıq və məlum oldu ki, boş cəfəngiyyatdır. Toyuq köhnələ bilər. İstehsalat zamanı onun içərisinə ip də düşə bilər. Yumurta da köhnələ bilər. Bu məhsullar oyuncaq deyil ki, Bakıya gətirilsin. Buna Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Baytarlıq Xidməti nəzarət edir. Biz nəzarət edirik. Azərbaycanda və Bakıda saxta yumurta və toyuqlar satılmır”.

Qeyd edək ki, sosial şəbəkələrdə saxta yumurta və toyuq məhsullarının satışı ilə bağlı iddialar yayılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”
16.09.2019
Mehriban Əliyevadan qaziyə dəstək
16.09.2019
Sabahın HAVA PROQNOZU