Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

BDU-da Yaponiya Mədəniyyət festivalı keçirilib

19:23  |    13 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Bakı Dovlət Universitetində (BDU) Yaponiya Mədəniyyət festivalı keçirilib. BDU-nun mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, festivalı BDU rektorunun müşaviri, professor İsmayıl Əliyev açaraq tədbir iştirakçılarına uğurlar arzulayıb.

Festivalda UniPock`s və Atarashi Hoshi yapon qruplarının, eyni zamanda yapon dilinin də tədris olunduğu 225 saylı məktəbin şagirdlərinin ifasında mahnılar səsləndirilib. Sonra yapon nagıllarının əsasında hazırlanmış tamaşa təqdim olunub.

Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və yapon mədəniyyəti haqqında daha da ətraflı informasiya çatdırmaq məqsədi daşıyan festivalın ikinci hissəsində oriqami, suşi, çay mərasimi, yapon yeməkləri, kimono və ikebana təqdim olunub.

İkebana və oriqami üçün ayrılan xüsusi otaqlarda güllərin və oriqaminin sərgisi də keçirilib. Çay mərasimi və yapon yeməkləri üçün ayrılan otaqlarda isə qonaqlar ənənəvi yapon çay və yeməklərindən dadıblar. Yaponiyanın abu-havasını daha da yaxından hiss etmək üçün qonaqlar Yaponiyanın ənənəvi kimono və yukata geyimlərini geyiniblər.

Festivalda Yaponiyanın paytaxtı Tokyoda çox məhşur olan “Cosplay mədəniyyəti” də təqdim edilib. Tədbirdə Yaponiya səfiriyinin, Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Fərqanə Qasımova da “Sığmazam”ı oxudu - VİDEO
18.11.2019
2 milyon şəxsi "zir-zibil" adlandırmışdı - Tünzalə ittihamlara cavab verəcək
18.11.2019
Anarın qəribə yuxusu: Sabitoğlunun qəfil ölümü... - 8 fakt
14.11.2019
“Konsertimə gəlmədilər, 20 min borca düşdüm” - Könül Xasıyeva
12.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb