Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

“Onlardan hakimiyyət uğrunda mübarizədə istifadə edirdilər” - Prezidentin köməkçisi

19:00  |    22 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, digər dövlət rəsmiləri, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, Azərbaycanın gənclər siyasətinin formalaşması, gənclər siyasətinin konsepsiyasının təməl prinsiplərinin qoyulmasında əsas rol Heydər Əliyevə məxsusdur.

PA rəsmisi deyib ki, H. Əliyev yenidən hakimiyyətə qayıdandan sonra taleyüklü məsələlər sırasına gənclər siyasətini də daxil etdi:

"1992-ci ildə Azərbaycanda dövlətçiliyə qarşı yönələn qüvvələr məhz gənclərdən istifadə edirdilər. Onlar gəncləri ayrı-ayrı düşərgələrə bölərək gənclərdən hakimiyyət uğrunda mübarizədə istifadə edirdilər. Ümummilli Lider 1993-cü ildə Azərbaycanın xilası konsepsiyasına gəncləri də cəlb etdi. Gənclər siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi yaradıldı, gənclər siyasətində əsas prinsiplər müəyyən olundu və həyata keçirildi. Prezident İlham Əliyev bu siyasətin önəmini daha da artırdı".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
Namizəd MSK-nın iclasında Məzahir Pənahovu hədələdi
25.02.2020
Astaranın baş həkimi BU SƏBƏBƏ görə işdən çıxarılıb
25.02.2020
Xocalı soyqırımı abidəsini ziyarət edən qazilərdən Prezidentə MÜRACİƏT
25.02.2020
Hərbi porokuror: “Xocalı soyqırımı ilə bağlı 7500-ə yaxın prosessual hərəkət aparılıb”
25.02.2020
Sabahın hava proqnozu açıqlanıb