Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6716

Digər sorğular

Şaxtalı havalarda kimsəsizlər üçün sığınacaqlar yaradılacaq

17:07  |    22 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Soyuq, şaxtalı havalarda kimsəsizlər üçün müvəqqəti sığınacaqlar yaradılacaq.

Bunu virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev deyib.

Onun sözlərinə görə, müəyyən yaşayış yeri olmayan şəxslər üçün sosial sığınacağın hüquqi əsaslarla fəaliyyətə başlaması ilə bağlı müvafiq iş aparılır. “Əvvəlki illərin qış mövsümlərində çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda, yəni temperaturun sıfır dərəcədən aşağı düşdüyü qarlı-şaxtalı günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə paytaxtda və Sumqayıt şəhərində müvəqqəti sığınacaqlar təşkil olunub. Sığınacaqlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslər qəbul edilərək, zəruri qida məhsulları, lazım gəldikdə tibbi xidmətlərlə təmin ediliblər. Müvəqqəti sığınacaqların yaradılması yalnız təşəbbüs əsasında həyata keçirilib”, - E.Babayev deyib.

Belə bir tədbirin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsində, habelə müvafiq qanunvericilikdə nəzərdə tutulmadığından, 2015-ci ildən müvəqqəti sığınacaqların yaradılması dayandırılıb.

Şöbə müdiri əlavə edib ki, 2014-cü ildə nazirlik belə tədbirlərin təşkilinin məhz normativ hüquqi əsasla tənzimlənməsinin zəruriliyini nəzərə alaraq, çətin hava şəraitində müvəqqəti sığınacaqların və sığınacaqlarda sosial xidmətin təşkilini tənzimləyən qaydanın layihəsini hazırlayıb: “Ötən müddətdə həmin layihənin tam razılaşdırması mümkün olmadığından sosial sığınacağın hüquqi əsaslarla fəaliyyətə başlaması ilə bağlı müvafiq iş aparılır. Yaxın vaxtlarda fəaliyyətə başlayacaq sosial sığınacaqla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Qeyd edək ki, ötən həftə metronun “Koroğlu” stansiyasının yaxınlığında bir nəfər donvurmadan dünyasını dəyişib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2020
Rusiya mətbuatı 28 ildən sonra Xocalıdan yeni görüntülər yayımladı - FOTOLAR
27.02.2020
Adı qumarda hallanan Vüsalə: "İyrənc yolla milyonlar qazanmışam"
27.02.2020
Sosial şəbəkədə yayılan bu videoya görə baş həkim işdən çıxarıldı - VİDEO
27.02.2020
Pənah Hüseyn Prezident Administrasiyasına çağırılıb
27.02.2020
Bakıda işıqlar niyə sönüb? - RƏSMİ AÇIQLAMA