Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Bu gün Ramil Usubovun ad günüdür

15:13  |    22 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

22 dekabr tarixi Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov üçün xüsusi əhəmiyyət daşıyıb. QAZİLER.AZ-ın məlumatına görə bu gün Ramil Usubovun ad günüdür.

Ramil İdris oğlu Usubov 1948-ci ildə Xocalı rayonunda anadan olmuşdur. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləmişdir.

1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunmuş, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.

Ailəlidir, üç övladı var.

Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsində, ölkədə dönməz sabitliyin əldə olunub, qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xüsusi xidmətləri olmuş, bu sahədə uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə çox sayda müxtəlif yüksək mükafatlara layiq görülmüşdür.

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunmuşdur.

Qarabağ Qazilər Birliyi, Vətən Müharibəsi Əlilləri İctimai Birliyi, Fred Asif adına İnkişaf Fondu və Qaziler.az saytı cənab naziri ad günü münasibətilə təbrik edir, ona can sağlığı və işlərində uğurlar arzulayır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU