Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Təhsil müəssisələrinə tələbə qəbulu planı ləğv edildi

04:57  |    22 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı olmayacaq.

Qaziler.az-in APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2016-cı il tarixli fərmanında əksini tapıb.

İndiyə qədər “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının müəyyənləşdirilməsi üzrə vəzifəni Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya, ilk peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planını Nazirlər Kabineti müəyyənləşdirib.

Azərbaycan prezidentinin 21 dekabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın və Nazirlər Kabinetinin bu sahədə səlahiyyətləri ləğv edilib.

Digər dəyişiklik ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətinə daxil olan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydaları ilə bağlıdır.

Qəbul qaydalarının müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətlər hazırda TQDK-nın funksiyasını yerinə yetirən Dövlət İmtahan Mərkəzinə deyil, Nazirlər Kabinetinə verilib.

Nazirlər Kabinetinə bir ay ərzində ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlərin nəzərə alınması və ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydalarını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU