Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

“Türkiyə qətiyyətli addımlar atmalıdır“ — EKSPERT

22:29  |    21 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


"Fərat Qalxanı" əməliyyatı çərçivəsində türk əsgəri Əl-Baba girdi.

Dünən Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri Moskvada Suriya problemi ilə əlaqədar görüş keçirib. Görüş zamanı Suriya probleminin həlli yolları müzakirə edilib. Görüşdə Suriya probleminin sadəcə danışıqlar yolu ilə həll edilə biləcəyi barədə qərara alınsa da, Türkiyə ordusu Əl-Bab şəhərinə daxil olub.

Rusiyanın Türkiyədəki səfirinin Ankarada qətlindən sonra Rusiya ilə Türkiyənin birgə anti-terror əməliyyatları keçirəcəkləri gözlənilirdi. Ekspertlər iddia edir ki, yaxın vaxtlarda iki ölkənin ordusu geniş miqyaslı anti-terror əməliyyatları həyata keçirə bilər.

Suriya ətrafında baş verən hadisələrlə əlaqədar hərbi ekspert Üzeyir Cəfərov fikirlərini Ölkə.Az-la bölüşüb:

"Qəribə səslənsə də, Türkiyə ilə Rusiya arasında baş verən son hadisələrdə Rusiya rəhbərliyini günahlandırıram. Dəfələrlə demişik ki, Putinin apardığı yanlış siyasət gec-tez ağır nəticəsini verəcək. Müasir tarixdə ilk dəfə idi ki, Rusiya səfiri qətlə yetirildi. Bu terror aktı sui-qəsdçinin açdığı atəşdən sonra səsləndirdiyi kimi, Hələb və Suriya məsələsinə görə qisas addımı idi.

Türkiyənin anti-terror əməliyyatı bir növ məzhəkəyə çevrilib. Gah uğurlar haqqında məlumat verilir, gah da əməliyyatların dayandırıldığı bildirilir. Bir sözlə, aparılan iş qətiyyətli deyil. Qətiyyətli olmadığı üçün bu cür hadisələr baş verir. Türkiyə özündən asılı olmayaraq sanki bataqlığa sürüklənib. Rəsmi Dəməşqin iştirakı olmadan Rusiya, İran, Türkiyə Suriya məsələsini müzakirə etdilər. Sanki Suriya eksperimental bir poliqona çevrilib. Sanki hər kəs Suriya üzərində eksperiment aparır. Əməliyyatlar qətiyyətli aparılmadığı və tez-tez dayandırıldığı üçün terroristlərin yenidən güc toplamasına imkan yaranır. Suriyada vəziyyət yaxşılaşmaq əvəzinə bir qədər də gərginləşir.

Türkiyə indiki məqamda geri çəkilməməlidir. Ancaq rəsmi Ankara fayda və ziyanı hesablayaraq normal qərar qəbul etməlidir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq