Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Toponomiya Komissiyası niyə toplanmır? - AÇIQLAMA

21:00  |    21 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycanda yer adlarının dəyişidilməsi ilə məşğul olan Milli Məclis yanında Toponomiya Komissiyası fəaliyyət göstərir. Bu komissiyanın uzun müddətdir ki, iclası keçirilmir.

Məsələ ilə bağlı Modern.az saytına Toponomiya Komissiyasının üzvü, deputat Musa Quliyev açıqlama verib.


Musa Quliyev komissiyanın iclaslarının yerli icra hakimiyyəti orqanlarından və bələdiyyələrdən məktublar daxil olduqda keçirildiyini bildirib.

“Həmin məktublara əsasən, yeni yaradılan yaşayış məntəqələrinə adlar verilir. Həmçinin təklifdə göstərilən mövcud adların dəyişdirilməsi məsələsinə baxılır. Toponomiya Komissiyası yalnız yerli təşəbbüslə məktublar daxil olduqda toplanır. Görünür ki, hələ bununla bağlı elə bir ehtiyac yoxdur. Ona görə də komissiyanın iclasları keçirilmir. Bunun başqa bir səbəbi yoxdur”.

Deputat həmçinin yaxın vaxtlarda da komissiyanın iclaslarının keçirilməsinin gözlənilmədiyini deyib.

“Çünki cəmi bir iclasdan sonra Milli Məclisin payız sessiyası bitir. Yəqin ki, yaz sessiyasına kimi komissiya ilə bağlı materiallar daxil olar”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”
16.09.2019
Mehriban Əliyevadan qaziyə dəstək
16.09.2019
Sabahın HAVA PROQNOZU