Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Hindistandan gətirilən peyvəndlər keyfiyyətsizdir? - RƏSMİ CAVAB

18:00  |    20 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

“Digər dərmanlar kimi peyvəndlər də ölkəyə idxal olunan zaman onların sənədləşməsinə diqqət yetirilir. Bununla yanaşı qablaşdırılması və içlik vərəqəsinin şərtlərə uyğunluğu yoxlanılır”.

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Polad Hacıbalayev deyib. P.Hacıbalayevin sözlərinə görə, ölkədə istifadə olunan peyvəndlər də digər dərman preparatları kimi mütləq dövlət qeydiyyatından keçməlidir. Onlara 5 illik istifadə üçün qeydiyyat vəsiqəsi verilir.

Azərbaycana gətirilən peyvəndlərin istehsal edildiyi ölkələrin Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST) tərəfindən tövsiyə olunan ölkələr olduğunu vurğulayan P.Hacıbalayev deyib ki, həmin tövsiyə edilən ölkələrdən savayı heç bir yerdən peyvənd gətirilmir və ÜST tərəfindən də kütləvi istifadə olunan peyvəndlərə ciddi nəzarət var. P.Hacıbalayev bildirib ki, insanlar Hindistandan gətirilən peyvəndlərin keyfiyyətsiz olduğunu deyirlər: “Düzdür, aralarında pisləri olsa da ümumilikdə Hindistanın özünün də yaxşı peyvənd istehsalçıları var”.

Dərman vasitələrinin qeydiyyatı ekspertizası şöbəsinin mütəxəssisi Ulduz Eyvazova isə deyib ki, peyvənd digər dərman preparatlarından fərqli olaraq bioloji maddə olduğundan onun əks təsirinin olması üçün bir çox amillər ola bilər və bu yöndə genetik faktorlar da rol oynayır. Çox zaman valideynlərin peyvənddən sonra uşaqlarda yüngül soyuqdəymə əlamətlərindən narahat olduqlarını qeyd edən U.Eyvazova deyib ki, valideynlər bunu peyvənd və vaksinlərin köhnə və əlavə təsiri ilə əlaqələndirirlər: “ Əslində peyvəndlər uşaqlara ona görə vurulur ki, onlar infeksion xəstəlikləri yüngül formada keçirsinlər. Peyvənddən sonra uşaq orqanizmində həmin xəstəliklərə qarşı antitellər yaranır. Və mikrob orqanizmə düşdüyü zaman artıq uşağın bədənində buna qarşı qoruyucular olacaq. Yəni peyvənddən sonrakı əlamətlər əlavə təsir deyil, bunların olması normal reaksiyadır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir