Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

DİN Daşkəsəndə polislə vətəndaş arasında baş verən qarşıdurmaya münasibət bildirib

23:55  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Daxili İşlər Nazirliyi Daşkəsəndə polislə vətəndaş arasında baş verən qarşıdurma ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntüyə münasibət bildirib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdən götürülmüş videogörüntü əsasında hazırlanaraq "Criminal.az" saytının 17.12.2016-cı il tarixli xəbər buraxılışında və bəzi KİV-də yerləşdirilmiş yazıda həmin görüntüdə əks olunmuş şəxsin Daşkəsən Rayon İcra Hakimiyyəti qarşısında guya etiraz etməsi barədə səslənmiş fikirlər həqiqətdən uzaqdır: "Videogörüntüdəki həmin şəxsin rayonun Qazaxyolçular kəndinin sakini, polisə və digər hüquq-mühafizə orqanlarına qarşı aqressiv mövqeyiilə tanınan, əvvəllər ictimai qaydanın qorunması üzrə vəzifələri yerinə yetirən polis əməkdaşlarına qarşı müqavimət göstərməklə qatı xuliqanlıq əməli törətdiyinə görə məhkum olunmuş Bəhmən Abbasovun əsas məşğuliyyəti DİN-in “102” xidmətinə zəng edərək ayrı-ayrı şəxslər barədə müxtəlif mövzularda şər və böhtan xarakterli məlumatlar verməsidir. Hüquqazidd əməllər törətdiyinə görə barəsində vaxtaşırı Daşkəsən Rayon Polis Şöbəsinə, rayon prokurorluğuna və məhkəməsinə müxtəlif məzmunlu materiallar daxil olur".
Onun sözlərinə görə, adıçəkilən şəxsin törətdiyi son hüquqazidd əməllərdən biri cari il avqustun 1-də Qazaxyolçular kəndinin mərkəzində mübahisəli torpaq sahəsinə yerli icra, bələdiyyə orqanlarının nümayəndələrinin, icra məmurlarının iştirakı ilə baxış keçirilən zaman həmin torpaq sahəsinin israrla ona məxsus olmasını bildirib, oradakı məsul şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlədərək getmələrini tələb etməsi, əks təqdirdə zor tətbiq edəcəyi ilə hədələyərək 40 dəqiqə ərzində ictimai qaydanı kobud surətdə pozması, onun cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin qarşısını almağa çalışan həmkəndlisi İlqar Məmmədova xəsarət yetirməsi olub: "Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində Bəhmən Abbasov barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Noyabrın 18-də Bəhmən Abbasovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilərək həmin maddə üzrə ona ittiham elan edilib, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Noyabrın sonunda isə cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün rayon məhkəməsinə göndərilib".
Şöbə rəisi qeyd edib ki, dekabrın 14-də rayon məhkəməsində keçirilən prosesdə “polisin nəzarəti altına vermə” qətimkan tədbirini dəfələrlə pozduğuna görə barəsində bu dəfə həbs qətimkan tədbiri seçilərkən Bəhmən Abbasov məhkəmə zalında hakimə qarşı kobudluq edib, ünvansız söyüşlər söyərək, təhqiramiz ifadələr işlədərək hay-küy salıb və məhkəmə salonunu özbaşına tərk edərək qaçıb: "Məhkəmənin əməkdaşları Bəhmən Abbasovun tutulması üçün Daşkəsən Rayon Polis Şöbəsinə müraciət ediblər. Şöbənin əməliyyat qrupu və həmin əraziyə yaxın yerlərdə xidmətdə olan polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Bu zaman Bəhmən Abbasov polisin qanuni tələblərinə tabeçilik göstərməyib, qışqır-bağır, yersiz səs-küy salmaqla hadisənin mahiyyətindən xəbərsiz olan, olayın təsadüfən şahidlərinə çevrilmiş sakinlərin diqqətini özünə cəlb etməyə çalışıb. Amma müqavimət göstərilməsinə baxmayaraq, polis əməkdaşları məhkəmənin qərarını icra edib, Bəhmən Abbasov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda sözügedən cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir