Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Seyid Camal Əzimbəyli il ərzində dini mühitdə baş verənləri dəyərləndirdi

21:11  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

2016-cı il artıq sona çatmaqdadır və bu il ərzində Azərbaycanın dini mühitində yadda qalan bir çox mühüm hadisələr baş verib.

Bu hadisələri dəyərləndirən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, 2016-cı ilin yadda qalan ən mühüm hadisəsi Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili”nin elan olunması və bundan irəli gələrək ölkə boyunca silsilə tədbirlərin həyata keçirilməsidir.


Onun sözlərinə görə, bu tədbirlərin reallaşmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin böyük əməyi var:

“Ölkədə aparılan dini maarifləndirmə işinin təşkilində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Qafqaz Müsəlmanları İdarəsinin də iştirakı təqdirəlayiq hadisədir”.

C.Əzimbəyli əlavə edib ki, ölkəmizdə milli mənəvi dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövlətidir.

Onun fikrincə, Azərbaycanda dünyanın heç bir ölkəsində mövcud olmayan tolerant mühitin dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi faktı qürurvericidir:

“Digər illərdən fərqli olaraq, dini radikalizmə qarşı mübarizə çərçivəsində aparılan maarifləndirmə işi artıq öz bəhrəsini verməkdədir. Beləki, dövlət-din münasibətlərini tənzimləyən Dövlət Komitəsi xüsusi olaraq bölgələrdə həyata keçirdiyi maarifləndirici layihələr dini radikal qrupların zərərsizləşdirməsi ilə nəticələndi.

Çox yaxşı haldır ki, son bir ildə Suriyaya, İraqa və digər ölkələrə dini radikal qruplara qoşulmaq üçün gedənlər, demək olar ki, yox dərəcəsindədir.

Düşünürəm ki, 2016-cı il Azərbaycan dövlətinin bütövlüyü və milli maraqları baxımından ən uğurlu hadisə kimi qiymətləndirilməlidir”.

525.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir