Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6396

Digər sorğular

Şuşa məscidi ilə bağlı İran XİN-dən açıqlama

22:00  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

"İran şirkətinin Şuşada məscid təmir etməsinə dair yayılan xəbərləri təsdiqləmirik".

APA-nın Tehran müxbiri xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

"Bizdə iranlı mühəndislərin Qarabağda olmasına dair məlumat yoxdur, biz bunu təsdiq etmirik”, - deyə o bildirib.


B. Qasimi deyib ki, Qafqaz bölgəsində etnik və regional gərginliklər olduğu üçün bəzi KİV mənbəyi məlum olmayan, yalan, əsassız məlumatlar yayır, İran haqqında da bəzən belə məlumatlar yayılır.

"İranın Azərbaycan Respublikası, Qarabağ böhranı, eləcə də Ermənistana dair siyasəti dəyişməyib. Bizim mövqeyimiz sabitdir və bu mövqeni davam etdirəcəyik”, - deyə o qeyd edib.

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə də münasibət bildirən B. Qasimi deyib ki, Azərbaycan müstəqil ölkədir və bu, Azərbaycanın daxili məsələsidir: "Ancaq düşünürəm ki, Azərbaycan bu səfəri qəbul etməməli idi. Biz İsrailin dağıdıcı hərəkətlərini və fitnəkar davranışını müşahidə edirik. Onlar İslam ölkələri arasında münasibətlərdə problemlər yaratmaq niyyətindədirlər".

Xatırladaq ki, iranlı mütəxəssislərin Şuşa məscidində bərpa işləri aparması barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənistanın "news.am" saytının xəbərinə görə, İran şirkəti Dağlıq Qarabağdakı qondarma rejimin İqtisadiyyat Nazirliyinin sifarişi ilə Şuşa məscidində bərpa işlərinə başlayıb. Bu il dekabrın 7-də tərəflər arasında müvafiq sənəd imzalanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir
17.07.2019
Şamaxıda qədim məscid aşkar edildi
17.07.2019
Sabaha olan hava proqnozu açıqlanıb
16.07.2019
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır