Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

21:37  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

“İmtahan qaydalarının tez-tez dəyişdirilməyinə dair suallar verirlər. Biz təhsil mühitini formalaşdıran, dövlət tərəfindən təsdiqlənmiş sənədləri icra edirik”. Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, hər bir imtahan layihələndiriləndə onun məqsədi də müəyyənləşməlidir: “Məsələn, qəbul imtahanları zamanı müsabiqə fərqlidir və məzunlar arasından ən yaxşılarını seçməliyik. Buraxılış imtahanları zamanı isə uşaqların bilik və bacarıqlarının müəyyən dövlət standartlarına uyğunluğu yoxlanılır. Həmin məqsədə görə ölçmə materialları-testlər fərqli olur”. Kurrikulumla təhsil alan şagirdlərin biliklərini yoxlamaq üçün yeni növ tapşırıqların vacibliyini qeyd edən DİM sədri deyib ki, bununla əlaqədar olaraq artıq 2013-cü ildən başlayaraq şagirdlər arasında Azərbaycan dili ( tədris dili rus dili olanlar üçün rus dili) və riyaziyyatdan monitorinq imtahanları keçirilir: “Bu günə qədər 85 459 şagird monitorinq imtahanlarında iştirak edib. Hazırda DİM-in təhsil bazasında 9-cu sinifdə oxuyan 113 min nəfər şagirdin adı var. Onların 85 459-u artıq monitorinq imtahanlarından keçib".

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış elmi statistik təhlillərin bu qurumun saytına yükləndiyini deyən M.Abbaszadə əlavə edib ki, yanvarın 1-dən etibarən aparılmış təhlillərin elektron yüklənməsi pullu olacaq: “ 1 il ərzində bu təhlillərin elektron versiyasının yüklənmə sayı 3400-ə yaxın idi. Yükləmələr hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz. Çünki yanvarın 1-dən bu yükləmələrin qiyməti ən azı 1 manat olacaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.10.2019
Elinanın anası Prezidentə müraciət etdi
17.10.2019
DİN və Baş Prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Gələn ildən Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək
17.10.2019
Sabahın hava proqnozu
17.10.2019
Nazir Mehman Təhməzovu vəzifədən azad etdi