Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6396

Digər sorğular

Bakı vağzalı açılışa hazırlaşır - FOTOLAR

20:47  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

"Bakı sərnişin stansiyasında son tamamlama işləri görülür”.

Bu haqda Modern.az-a verilən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Onun sözlərinə görə, paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin stansiyasının yüksək səviyyədə, eləcə də müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdır:


"Belə ki, 2015-ci ilin mart ayında əsaslı təmir işlərinə start verilib. Artıq təmir-tikinti işləri son mərhələdədir.

Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri görülür. Həmçinin bilet kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəz olununb. 1 ədəd yük, 2 ədəd sərnişin və 1 ədəd əlillər üçün panoram-lift quraşdırılıb”.

S.Qədirovanın sözlərinə görə, əsaslı təmirdən sonra burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri, gözləmə zalı, ana-uşaq və namaz otaqları sərnişinlərin istifadəsinə veriləcək.

"Onu da qeyd edək ki, vağzal binasının ikinci mərtəbəsində ASAN XİDMƏT fəaliyyət göstərəcək. Sərnişinlər pulsuz Wi-FI sistemindən istifadə edəcəklər.
Bundan başqa, Bakı sərnişin stansiyasının 7 platforması və 8 yolu əsaslı təmir olunub, platformalarda 34 ədəd ikitərəfli oturacaq quraşdırılıb. 8 çıxışlı (4-ü vağzala, 4-ü şəhərə) tuneldə son tamamlama işləri görülür.

Sürətlə davam edən əsaslı təmir işlərinin yaxın günlərdə başa çatması nəzərdə tutulur”.
Xatırladaq ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı ilk dəfə 1884-cü ildə istifadəyə verilib.
Vağzal binasının mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.

Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir.
1977-ci ildə Bakı-sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü idi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir
17.07.2019
Şamaxıda qədim məscid aşkar edildi
17.07.2019
Sabaha olan hava proqnozu açıqlanıb
16.07.2019
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır