Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6396

Digər sorğular

Yeni il oyuncaqları neçəyədir? -BAZARDAN REPORTAJ- VİDEO

19:35  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Mağazalarda şam ağacları bəzədilib, müxtəlif cür oyuncaqlar, Yeni il atributları göz oxşayır. Bəs görəsən, qiymətlər necədir?

Yeni il yaxınlaşdıqca bayram atributlarının qiyməti də bahalaşır. Yeni ilin rəmzlərindən biri olan şam ağacı bayram əhval-ruhiyyəsi yaratmaqla yanaşı, olduğu məkana yaraşıq verir. İlk olaraq şam ağaclarının qiymətləri ilə maraqlandıq.

Satış meneceri Abdulla Allahverdiyev deyir ki, əvvəlki illərlə müqayisədə bu il alıcılıq qabiliyyəti aşağı səviyyədir. Yeni il aksesuarlarını İtaliya, Fransa və Almaniyadan gətirirlər. Buna görə qiymətlər də fərqlənir. 100 manatdan başlayan şam ağaclarının qiyməti 2000-2500 manata qədər yüksəlir: "Evlərə, bağlara yerləşdirilən bu şam ağaclarının qiyməti ölçülərinə görə dəyişir. Hazırda gördüyünüz bu şam ağacının qiyməti 2245 manat, digərinin qiyməti isə 1564 manatdır. Rəngli yolkalar da var. Onlar 90-100 manatdan başlayır. Qırmızı, qızılı, yaşıl yolkalar var. Əsas burada yolkanın hündürlüyüdür. 1 m 20 sm yolka var ki, 160 manatdan başlayır, amma 3 m 60 sm-ə qədər yolkalar var. Bir də burada əsas yolkanın işıqlı olub-olmaması xüsusiyyətləri da var ki, onlar yolkanın qiymətinin artmasına gətirib çıxarır. Ölçüsünə görə ən böyük hazırda 3 m 60 sm-dir, onlar da 2200 manatdır".

Bu gün yolkaların müxtəlif çeşidləri olduğu kimi, onun daha yaraşıqlı olması üçün istifadə olunan bəzək əşyaları da rəngarəngdir. Şam ağacının üzərindən asılan müxtəlif bəzək oyuncaqlarının qiyməti isə 2 manatdan başlayır, 10-15 manat arasında dəyişir: "Var italyan firmalarının şüşəli oyuncaqları. Onlarla bəzədiləndə təbii ki, qiymət bir az qalxır. Amma var şüşəli olmayan, adi formada olanlar, onları münasib qiymətlərə tapmaq olar. Bəziləri də var 30 faiz endirimə düşüb. Müştəri gəlir, yolkanı seçir, ona məsləhət görürük hansı oyuncaqlar yaxşı gedər. Var şüşəli oyuncaqlar 2 manat 20 qəpikdən başlayır, 25 faiz endirimlə. Bunlar yenə böyüklüyündən asılıdır. Böyüklər var, orta var, balacalar var. Ən balacası 2 manat 20 qəpikdir. Böyükləri 10 manatadır şüşəlilərin. Şüşəli olmayanlar dəstə ilə gedir. Dəstədə sayı 20 ədəd olur, 18 manatdır qiyməti".

Şam ağaclarında istifadə edilən işıqların qiyməti isə 6 manatdan başlayır. 300 işıqlı, 10-15 metr uzunluğunda olan işıqların qiyməti 30 manatdır.

Yeni ili Qar qız və Şaxta baba olmadan təsəvvür etmək mümkün deyil. Bəs görəsən, bu simvolların qiyməti neçə manatdan başlayır?

"Bu il yeni olaraq Qar qızı gətirmişik. Bunlar da iki variantda gəlib. Balaca, bir də böyük. 59 manat böyüyünün qiymətidir, balacanın qiyməti isə 39 manatdır. Şaxta baba da müxtəlif qiymətlərədir. Ən böyüyü 2 m-dir. Haradasa onların qiyməti 30-35 manatdan başlayır".

Hər il bir heyvan bürcü üstündə təslim olur. 2017-ci il Xoruz ilidir. Yadınızdadırsa, hələ 2016-cı ili təhvil almağa hazırlaşanda bazar və dükanlarda müxtəlif qiymətlərə bir-birindən gülməli və maraqlı meymun suvenirləri satılırdı. Maraqlıdır, bu il Xoruz suvenirləri hansı formada və neçəyədir?

"Xoruzla bağlı bizdə keramika var. Keramika 5 manat 50 qəpikdir. Yumşaq böyük xoruz oyuncaqlar var, ən böyüyü 42 manatdır. Bir də balacalar var 12-18 manat arasında dəyişən qiymətlərlə satılır".

Mağazada hədiyyə etmək üçün müxtəlif cür keramikadan olan şəhərciklər də var. Qiymətləri isə 100 manatdan başlayır, 400-500 manat arasında dəyişir.

Qiymətlərlə maraqlanmaq üçün Əhmədli ərazisində yerləşən mağazaların da birinə baş çəkdik. Satıcı Fikrət Baxışov da bildirdi ki, bu il alıcılıq qabiliyyəti aşağı səviyyədədir. Şam ağaclarının qiyməti ölçülərinə uyğun olaraq 5 manatdan 200 manata qədər dəyişir. Müştərilər isə daha çox 50-80 manata satılan şam ağaclarını alırlar: "Bizdə keçən ilki məhsullardan qalıb. Yeni mallar gətirməmişik. Elə keçən ilki qiymətə də satırıq. Hər qiymətə var. Oyuncaqlardan hədiyyə də veririk. Oyuncaqlar 50 qəpikdən başlayır, 5 manata kimi dəyişir".

Belə, sizi qiymətlərlə tanış etdik. İndi qalır öz cibinizə uyğun seçim etmək. Yeni iliniz mübarək!

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir
17.07.2019
Şamaxıda qədim məscid aşkar edildi
17.07.2019
Sabaha olan hava proqnozu açıqlanıb
16.07.2019
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır